“Nida”çı gənclərin məhkəməsi davam edir

13.02.2014 - 12:22

“Nida”çı gənclərin məhkəməsi davam edir

Bu gün “Nida” vətəndaş hərəkatının ötən il həbs olunmuş üzvlərinin məhkəmə prosesi davam edib.
Əməkdaşımızın verdiyi məlumata görə, prosesdə ittiham olunanların şahidləri ifadə veriblər. Hazırda proses şahidlərin ifadəsi ilə davam edir.
Xatırladaq ki, ötən il martın 10-da Bakının mərkəzində gənclərin əsgər ölümlərinə qarşı etiraz aksiyasından əvvəl və sonra həbs edilən gənclərə qarşı 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Əzizov Məmməd, Quliyev Bəxtiyar və Novruzlu Şahinə həm də Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham irəli sürülüb. “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə isə 17 may 2013-cü ildə həbs olunub. İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub. “Amnesty İnternational” təşkilatı onları vicdan məhbusu olaraq tanıyıb və dərhal azad edilmələrini tələb edib.
 
müsavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=4181

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031