ANS-in xanım əməkdaşını Türkiyədə polisə apardılar
ANS-in xanım əməkdaşını Türkiyədə polisə apardılar
Suriyada döyüşən azərbaycanlılarla görüşmək üçün bu ölkəyə ezam olunan ANS TV-nin xüsusi müxbiri Qənirə Ataşova səfər təəssüratları barədə yazıb.
Virtualaz.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, jurnalist Suriyada Türkiyə kəşfiyyatçıları ilə qarşılaşması və polis bölməsinə aparılmasından danışıb: “Suriyadayıq. Silahlılarla bərabər ocağın başında toplaşmışıq, onlar da bizə qəribə-qəribə baxırlar. İçlərindən iki nəfər seçilirdi. Həm yaraşıq, qamət, həm də sağlam düşüncələri ilə. Ürəyimdə sezdim ki, bunlar nəsə başqadırlar. Bir də gördük bunlar bizim ölkənin siyasətindən danışmağa başladılar. Bu ərəfədə bizim Hikmət Əsgərov mənə işarə etdi. Onun da şübhələndiyini başa düşdüm. Hissimiz bu iki adamın Türkiyə kəşfiyyatının adamı olması idi. Xeyli söhbət etdik, gecəni yarı etdik… Dünyanın altını da bilirdilər, üstünü də. Mənə massonluğun detallarını xırdaladılar. Az qalmışdı özümün masson olduğumu da düşünəcəkdim…. Nə isə… Bu adamlarla bağlı şübhəmizi səhər açılar-açılmaz Hikmət dəqiqləşdirdi. Kəşfiyyatdır. Çox şey baş verdi. Dönməyə qərarı ani anda verdik. Türkiyəyə gələr-gəlməz hər şey su kimi aydın oldu. Dağı piyada aşandan sonra taksi ilə şəhərə doğru gəlirdik. Maşınımız dayananda saxlanıldığımıza 100 faiz əmin oldum. Tez-tələsik bizi müşayiət edən Ömər qardaşa ( Suriyada 500 nəfərlik ordusu var) “həqiqəti desəm sizə söz gələrmi” sualı oldu. O sadəcə gülümsədi və cavab verməyə vaxt tapmadı… Burasını da deyim ki, kəşfiyyatın bu iki əməkdaşı da çox sağlam görünüşə sahib idilər. Əvvəlcə pasportlarımızı istədilər. Sonra biri gəlib maşınımıza oturdu. Dedi gəlin tanış olaq. Amma hansı təşkilatdan olduqlarını demədilər. Dilimi dinc qoymayıb “kəşfiyyatdansınızmı” dedim və sənədlərimizi özümüz verdik. Nə isə filmlərdə gördüyümüz bu iki igid bizi düz polis bölməsinə gətirdi… Sadəcə söhbət edək dedi. Biz də imtina etmədik, “meşədəki yol yorğunluğumuzu burada çıxararıq” dedik. Bu zaman Mir Şahin müəllimdən zəng gəldi. Hikmətlə qərara aldıq ki, şirkətdəkiləri hələ narahat etməyək və məsələni özümüz həll edək”.
virtual.az
Short URL: http://www.cumhuriyyet.net/?p=4183