Azərbaycan gözlənilmədən Rusiya ilə neft danışıqlarına başladı

13.02.2014 - 13:00

Azərbaycan gözlənilmədən Rusiya ilə neft danışıqlarına başladı

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ/SOCAR) gözlənilmədən neftin Bakl-Novorossiysk kəməri ilə Rusiya ərazisindən nəqlinə dair yeni müqavilə üzrə danışıqlara başlayıb.

Virtualaz.org bu barədə Rusiyanın enerji çevrələrindəki qaynaqlara istinadən xəbər verir. Danışıqların gedişi ilə tanış olan mənbə bildirib ki, SOCAR fevralın 10-da Bakı-Novorossiysk kəməri ilə neftin kommersiya əsaslı daşınmasına dair danışıqların başlanması təşəbbüsü ilə çıxış edib. Digər detallar məlum deyil.

Qeyd edək ki, Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə daşınmasına dair müqavilənin müddəti sabah fevralın 14-də bitirdi. Ötən il SOCAR elan etmişdi ki,  neftin bu kəmərlə nəqlini dayandıracaq. Ötən ilin mayında Rusiya hökuməti Bakı-Novorosiysk kəməri ilə neft nəqlinə dair Azərbaycanla 1996-cı ildə bağlanmış müqaviləni birtəfəfli qaydada dayandırıb. O vaxtdan etibarən Azərbaycan yeni müqavilə üzrə danışıqlara başlamağa təşəbbüs göstərməyib. SOCAR Bakı-Novorossiysk kəməri ilə neft nəqli haqlarının sərfəli olmadığını əsas gətirir və şirkətin prezidenti Rövnəq Abdullayev ötən il dekabrın sonlarında bəyan etmişdi ki, bu marşrutla neft nəqli tam dayandırılacaq. Bakı-Novorossiysk kəmərinə vurulan Azərbaycan nefti Bakı-Tiflis-Ceyhan neft kəməri ilə nəql ediləcək.

Kəmərə nəzarət edən Rusiyanın “Transneft” şirkəti isə yanvarın ortalarında Bakı-Novorossiysk kəmərinin Mahaçqala-Şirvanovka (Azərbaycan sərhədi) hissəsini bağlayaraq konservasiya edib. Şirkət elan edib ki, kəmər əvvəlki kimi Qazaxıstan, Türkmənistan və “LUKoil” şirkətinin Xəzərdən hasil etdiyi neftin  nəqli üçün istifadə olunacaq. “Transneft” bildirirdi ki, Azərbaycan heç vaxt kəmərlə müqavilədə göstərilən həcmdə-ildə 5 milyon ton neft nəql etməyib və nəticədə kəmər ziyanla işləyir. Beləliklə, nə ARDNŞ-ə, nə “Transneft”ə sərfəli olmayan neft nəqli sövdələşməsinin sonunun çatdığı heç kimdə şübhə doğurmurdu. Bakı-Novorossiysk kəmərinin revers rejimdə istifadəsi-Rusiya neftinin kəmərlə Bakıya, oradan BTC-yə vurulması ideyası da deyəsən baş tutmadı və indi SOCAR müqavilənin müddətinin bitməsinə bir neçə gün qalmış yumşalaraq danışıqlara başlamaq təşəbbüsü ilə çıxış edir.

Görünür, bu, həm də siyasi məsələdir. Çünki Azərbaycan neftinin Rusiya ərazisindən nəqli Bakının nəql marşrutlarının diversifikasiyası siyasətinə uyğun olmaqla bərabər həm də Moskva ilə enerji əməkdaşlığının mövcudluğu görüntüsünü yaradırdı. İndi Azərbaycanın bu marşrutdan tam imtina etməsi ona kommersiya baxımından heç bir problem yaratmasa da rəsmi Bakı Moskva ilə münasibətlərdə əlavə problem yaratmaq istəmir və hər halda yeni müqavilə imzalamaqda maraqlı olduğunu göstərir. 

Digər tərəfdən, görünür, SOCAR son anadək özünü Bakı-Novorossiysk kəmərindən imtina edirmiş kimi göstərməklə Rusiya tərəfinin kəmərin revers istifadəsinə razı salmağa nail olmaq istəyirdi. Lakin prezident Vladimir Putinin dostu, KQB generalı, “Transneft”in prezidenti Nikolay Tokaryev qəti şəkildə bu ideyaya qarşı idi. Baxmayaraq ki, Putinin digər yaxın adamı, Kremlin boz kardinalı, “Rosneft” prezidenti İqor Seçin Bakı-Novorossiysk kəmərinin revers istifadəsində maraqlı görünürdü. 

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4184

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930