Sərdar Cəlaloğlu: “Əli Həsənovla əlaqələrim var”

13.02.2014 - 13:19

Sərdar Cəlaloğlu: “Əli Həsənovla əlaqələrim var”

“Xədicə İsmayıl AXCP-dən başqa bütün siyasi partiyalara qarşı qərəzli mövqe tutub. Bu, onun “Azadlıq radiosu”nda apardığı debatlarda da açıq şəkildə görünür. Belə çıxır ki, Xədicə xanım Milli Təhlükəsizlik Nazirliyində işləyir. Bu adam jurnalistdir, onun bu qədər siyasiləşməsi çox gülüncdür. O, bütün partiyaları qaralamaqla, özünün mənsub olduğu partiyanı yüksəltmək istəyir”.
Bunu Modern.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu juranalist Xədicə İsmayılın ABŞ Senatı aparatının iki əməkdaşına təqdim etdiyi siyahıda onun adının keçməsinə münasibət bildirərkən deyib. O, partiya rəhbəri kimi dövlət orqanları ilə əlaqə saxladığını qeyd edib: “Partiyanın bir problemi olanda Əli Həsənovla əlaqə saxlayıram. Çünki siyasi partiyalarla məsələlərə o baxır. Mənim ondan başqa nə İlham Əliyevlə, nə də Ramiz Mehdiyevlə əlaqəm var. Deyilən adamın heç adını eşitməmişəm. Deyək, hansısa partiya Prezident Administrasiyasından maliyyələşir. O zaman siz onun fəaliyyətinə baxın. Elə partiyalar var ki, heç yerdən maliyyələşmir. Fəaliyyətinə baxanda görürsən ki, demokratikləşmənin əleyhinə çıxış edir. Fəaliyyətə fikir vermək lazımdır, böhtan atmaq olmaz. ADP-nin fəaliyyəti göz qabağındadır. Bizim ciddi maliyyə imkanlarımız olsaydı, fəaliyyətimizi gücləndirərdik. Biz həddən artıq çətinlik çəkirik. Xədicə İsmayıl bunların hamısını uydurub. “Azadlıq radisosu”nun əməkdaşlarının bəziləri AXCP-nin üzvü kimi çıxış edirlər”.
S.Cəlaloğlu siyahıda AXCP funksioneri Həsən Kərimovun da adının keçməsinə münasibət bildirib: “Onun MTN-nin Anti-terror Mərkəzi ilə əlaqədə olmasını normal qarşılayıram. Mən də lazım olsa, əməkdaşlıq edərəm. Seçki vaxtı şübhəli şəxs bizimlə əlaqəyə girmək istəyirdi. Həmin adamın məqsədi seçkidə təxribat törətmək idi. Biz müvafiq orqanlara müraciət etdik, onu neytrallaşdırdılar. Biz hökumətlə düşmən deyilik ki. Həsən Kərimov da anti-terror mərkəzi ilə əlaqə saxlayırsa, bunu alqışlamaq lazımdır. Yaxşı, Sərdar Cəlaloğlu, İsa Qəmbər, Əli Kərimli hakimiyyətə işləyir, bəs müxalifət kimdir? Azərbaycanda demokratiyaya keçidin baş verməməsinin bir səbəbi var, o da hakimiyyətlə bu və ya başqa şəkildə əlaqədə olmamaqdı. Hakimiyyətlə müəyyən sahələrdə iş birliyinə getməməyimiz bizə problem yaradır. Ona görə də demokratikləşmə sahəsində heç bir nəticə əldə etməmişik. Xədicə İsmayılın dedikləri kimi hərəkət etsək, hakimiyyətlə düşmən olmalıyıq. Bizim iqtidarda dostlarımız, həmfikirlərimiz olmalıdır”.
Qeyd edək ki, Xədicə İsmayıl amerikalı nümayəndələrə təqdim etdiyi siyahıda bir çox müxalifət liderlərinin hakimiyyətə işlədiyini göstərib. O, Sərdar Cəlaloğlunun Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbərinin müavini Tahir Süleymanov tərəfindən koordinasiya olunduğunu qeyd edib.
 
müsavat.com
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4186

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031