Türkiyə mətbuatı Azərbaycanda Atatürk adına qoyulan qadağadan yazıb
13.02.2014 - 13:36
Türkiyə mətbuatı Azərbaycanda Atatürk adına qoyulan qadağadan yazıb
Qadağanın Türkiyə dövlətinin xahişi əsasında qəbul olunduğu bildirilir
Türkiyə mətbuatı Azərbaycanda Atatürk adının ləğv olunmasından yazıb.
Avropa.info- nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Atatürk adı rəsmi qadağan olmasa da, bu adı vermək istəyənlər geri çevirilir.
Terminologiya Komissiyasının rəhbərinin müavini Səyalə Sadıqova bildirib ki, ölkədə yeni doğulan uşaqlara Atatürk adı verilməsi qadağan olunub. Sadıqova bildirib ki, “Qadağa rəsmi olmasa da bu adı qoymaq istəyəndə rədd edirik”.
Qadağanın Türkiyə dövlətinin xahişi əsasında qəbul olunduğunu deyən Sadıqova, Türkiyədən belə bir qadağanın nə vaxt gəlməsi barədə açıqlama verilməyib.
Keçən ilin may ayında açıqlama verən Sadıqova Azərbaycanda 18 Atatürk adını daşıyan vətəndaş yaşadığını deyib. Daha sonra əlavə edib ki, “Atatürk tarixi şəxsiyyətdir. Bu səbəbdən Atatürk adının sadəcə Atatürkə aid olması lazımdır”.
“Milliyet” qəzetinin məlumatına görə, Azərbaycanın Ankaradakı səfirliyinin nümayəndələri isə bu adın qadağan olunmasının səbəbini Atatürkə hörmət kimi dəyərləndirib. “Atatürk adının yeni doğulan uşaqlara verilməsinin qadağan olunması onun şəxsiyyətinə hörmət əlamətidir. Atatürkün imicinə zərər gəlməsini istəmirik. Qadağa Atatürkü sevməkdən irəli gəlir”, – deyə səfirlik nümayəndəsi bildirib.
Səfirlik nümayəndəsi onu da bildirib ki, tələb Türkiyədən gəlməyib.
müsavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=4188