Əli Kərimli müşavirini vəzifəsindən azad etdi
Əli Kərimli müşavirini vəzifəsindən azad etdi
AXCP sədri Əli Kərimli müşaviri Zərifə Məhəddinovanı tutduğu vəzifədən azad edib.
Avropa.info xəbər verir ki, məlumatı partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Adilov yayıb.
Qeyd edək ki, Z.Məhəddinova son günlər facebook səhifəsində Milli Şuranın və AXCP-nin mövqeyini tənqid edən statuslar yayırdı. Ehtimal etmək olar ki, onun tutduğu vəzifədən azad olunmasına səbəb bu cür mövqe tutması olub.
Xatırladaq ki, Z.Məhəddinova AXCP sədrinin müşaviri postuna 2012-ci ilin noyabrında təyin olunmuşdu.
Short URL: http://www.cumhuriyyet.net/?p=4190