Azərbaycanlı deputat erməni həmkarlarını Bakıya çağırdı

13.02.2014 - 13:53

Azərbaycanlı deputat erməni həmkarlarını Bakıya çağırdı

“Ermənistan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək növbəti sessiyasına qatılmaqdan ehtiyatlandığını bildirib, lakin biz bütün qonaqları qəbul etməyə hazırıq”.

Virtualaz.org-un APA-ya istinadən xəbərinə görə, bu barədə ATƏT PA-nın Vyanada keçirilən qış sessiyası çərçivəsində çıxışında Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova deyib.

ATƏT PA-nın İnsan haqları, demokratiya və humanitar məsələlər üzrə ümumi komitəsinin iclasında Ermənistan tərəfi assambleyanın sessiyasının Bakıda keçirilməsi ilə bağlı iradını bildirib. R. Aslanova isə bu iradın əsassız olduğunu söyləyib: “Mənim həmkarlarım bir neçə aydan sonra Bakıya gəlib əmin olacaqlar ki, bizim ölkədə tolerantlıq hökm sürür və insanlar sülh, əmin-amanlıq şəraitində yaşayır. Siz buna özünüz şahid olacaqsınız. Bakı sizləri qəbul etməyə hazırdır. Siz görəcəksiniz ki, Azərbaycan Qərbə istiqamətlənmiş demokratik ölkədir”.

Xatırladaq ki, ATƏT PA-nın növbəti sessiyası 28 iyun – 2 iyul tarixində Bakıda keçiriləcək.

 

virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=4192

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930