Rusiyanın müdafiə naziri dünyaya meydan oxudu
Rusiyanın müdafiə naziri dünyaya meydan oxudu
“Sahib olduğumuz müasir silahlar heç bir ölkədə yoxdur”
“Rusiya ordusunun sahib olduğu müasir silahlar dünyanın heç bir ölkəsində yoxdur”.
Virtualaz.org-un APA-ya istinadən məlumatına görə, bunu Rusiyanın müdafiə naziri marşal Sergey Şoyqu deyib. Rusiya Silahlı Qüvvələrinin 2020-ci ilə qədər əsasən müqaviləli hərbi qulluqçulardan ibarət olacağını söyləyən müdafiə naziri, rus ordusu haqqında mənfi fikir səsləndirənləri sərt tənqid edib.
Krasnoyarsk şəhərində yerləşən Federal Sibir Universitetinin tələbələri qarşısında çıxış edən S. Şoyqu bildirib ki, Rusiyanın nüvə qalxanı əvvəlki kimi güclüdür: “Bunun üçün vacib olan hər şey edilir. Əlimizdə bir neçə min qırıcı təyyarə və helikopter var. Güclü raketlərə və hava hücumundan müdafiə sisteminə sahibik. Dünyanın heç bir yerində olmayan ən müasir zenit raket sisteminə sahibik. Gələn ildən çox ciddi bir silahın istehsalına başlayırıq. Rusiya Elmlər Akademiyasının elm adamları daim çalışırlar. Silahlarımızın hər il daha çox satılması və silah satışına görə dünyada ikinci ölkə olmağımız da təsadüfi deyil. Dünyada heç bir ölkədə olmayan ən müasir qırıcı təyyarələrlə ordumuzu təmin etmişik. Biz artıq tək deyil, kütləvi istehsala başlamışıq. Rusiyaya hərbi sahədə çatmaq çox çətin məsələdir”.
virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=4196