Eldar Namazov: “Mən Rusiya casusuyam, “radistkam” isə…”

13.02.2014 - 14:26

Eldar Namazov: “Mən Rusiya casusuyam, “radistkam” isə…”

“Orada yazılanları ciddi qəbul etmədiyimdən, buna adekvat şəkildə cavab verməyi özümə rəva bilmirəm. Ancaq hər halda belə siyahının qeyd olunan qurumun əməkdaşlarına verilib-verilməməsinə aydınlıq gətirəndən sonra bunu şərh etmək olar”. Bunu AzNews.az-a açıqlamasında “El” Hərəkatının sədri, Milli Şuranın Sədr Aparatının keçmiş rəhbəri Eldar Namazov “virtualaz.org” saytında gedən “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalədə onunla bağlı gedən yazıya münasibət bildirərkən deyib. 
O, bildirib ki, bu yazıdakı məqamlar uydurma məsələdirsə, buna şərh verməyə ehtiyac yoxdur, əgər həqiqətdirsə, gərək, adları çəkilənlər buna cavab versinlər: 
“Mənim haqqımda da orada müəyyən məsələlər yer alıb. Əvvəlcədən deyim ki, barəmdə yazılanları uğursuz zarafat kimi qəbul edə bilərəm və elə zarafatla da cavablandıraram: “Bəli, mənim barəmdə gedənlər həqiqətdir. Mən Rusiya casusuyam, “radistkam” isə Xədicə İsmayılovadır. Ona görə ki, hər bir casusun yanında bir “radistka” olur. “Radistka” vəzifəsini isə radioda işləyən adam olmalıdır”. 
“Bu siyahının ABŞ xüsusi xidmət orqanlarına ötürülməsinə inanırsınızmı” sualını cavablandıran E. Namazov deyib ki, buna şübhə ilə yanaşır: “O siyahıda adı çəkilən şəxslərin bir çoxu ilə Xədicə İsmayıl yaxın münasibətdə olub, hətta bəziləri ilə ailəvi dostdurlar. Ona görə də Xədicə İsmayılın o adamlar haqda arayış verməsinə çətin inanıram. Hər halda yenə də deyirəm, buna ciddi yanaşmıram. Yəqin ki, bununla bağlı onun özünün bir açıqlaması olacaq”. 
Xatırladaq ki, adıçəkilən yazıda Eldar Namazov haqqında belə məlumat qeyd olunub: “Siyasətçi Eldar Namazov – 80-ci illərin sonlarında SSRİ KQB-si tərəfindən “verbovka” olunub. İnformasiya Azərbaycan KQB-nin keçmiş sədri Vaqif Hüseynov tərəfindən də təsdiqlənir. 80-ci illərin sonlarında E.Namazov Azərbaycan KQB-si ilə analitik və xüsusi agent qismində əməkdaşlıq edib. SSRİ-nin dağılmasından sonra xüsusi agent Rusiya xüsusi xidmət orqanlarının nəzarətinə keçib. Hazırda Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edir və maliyyələşdirilir”. 
Qeyd edək ki, virtualaz.org saytında Eynulla Fətullayevin müəllifi olduğu “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalədə ölkənin bir sıra tanınmış müxalifət yönümlü media və ictimai xadimlərinin casusluq fəaliyyəti ilə bağlı məqamlar da yer alıb. 
 
müsavat.com
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4197

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031