Söyün Sadıqov Putinin sevgilisinə məsləhət verdi
Söyün Sadıqov Putinin sevgilisinə məsləhət verdi
“AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov Putinin sevgilisi kimi tanınan Alina Kabayevanın məqaləsini şərh edib.
Virtualaz.org-un modern.az-a istinadən məlumatına görə, “Müxalifət və Putin” haqqında məqaləni təhlil etmiş S.Sadıqov qeyd edib ki, Rusiyada müxalifətin varlığını görmür.
A. Kabayevanın V. Putinlə əlaqəsinə toxunan diaspor nümayəndəsi bildirib ki, bu münasibətlər onların şəxsi işidir:
“Heç kim qarşısında cavabdeh deyilsiniz, heç kimə hesabat verməməlisiniz, çünki yetkin qadınsınız”.
Qeyd edək ki, S.Sadıqovun qeydləri rus dilində yazılıb və bu dilin qrammatik tələblərinə cavab vermir. Buna görə də kinayəli şərhlərlə qarşılanıb.
virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=4198