Mehman Əliyev: “Mənə MTN-də general vəzifəsi təklif olunub”

13.02.2014 - 15:06

Mehman Əliyev: “Mənə MTN-də general vəzifəsi təklif olunub”

“Turan” İnformasiya Agentliyinin rəhbəri öz haqqında yayılan şayiələrə münasibət bildirib. 
O, AzNews.az-a açıqlamasında bildirib ki, Eynulla Fətullayevin yazdıqları cəfəngiyatdan başqa bir şey deyil: 
“Mənə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Analitik İdarəsinin rəisi vəzifəsi təklif olunub. Bu, general vəzifəsidir. Ancaq mən bu vəzifədən imtina etdim. Əgər mən bu vəzifədən imtina etmişəmsə, gedib hər hansı bir kəsə işləyəcəyəm? Eynulla Fətullayev yazır ki, mən Azərbaycanda ABŞ və Ukraynalılarla inqilab etmək istəyirəm. Digər tərəfdən isə deyir ki, guya, mən hakimiyyətə işləyirəm. Yazıda adı çəkilən Babək Muradovu tanıyıram. Diqqət edin, mənə general vəzifəsi təklif olunub, siz nədən danışırsınız, Babək Muradov bu təklifin qarşılığında nədir ki?” 
Xatirladaq ki, virtualaz.org saytında Eynulla Fətullayevin müəllifi olduğu “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalədə ölkənin bir sıra tanınmış müxalifət yönümlü media və ictimai xadimlərinin casusluq fəaliyyəti ilə bağlı məqamlar yer alıb. 
Həmin yazıda “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev haqda isə bunlar qeyd olunub: “Babək Muradov adlı sahibkarın vasitəsi ilə MTN-lə əməkdaşlıq edir. Babək Muradov MTN rəhbərliyinə yaxın şəxsdir. M.Əliyev maskalanmış radikal müxalifətçi rolunda B.Muradova informasiyaları sızdırır”. 

Short URL: http://www.cumhuriyyet.net/?p=4199

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031