MN: “Bu qanlı təxribat cəzasız qalmayacaq”
Müdafiə Nazirliyi qoşunların təmas xəttində ermənilərin təxribat nəticəsində şəhid olan hərbçimizlə bağlı bəyanat yayıb.
Müdafiə Nazirliyi qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyətin bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü, bu qanlı provokasiyanın nəticəsiz qalmayacağını və düşmənə vurulacaq zərbənin sarsıdıcı olacağını bildirib.
Qeyd edək ki, bu gün ermənilərin təxribatı nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb, hərbi qulluqçu əsgər İsmayılov Elşən Aydın oğlu isə şəhid olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=42002