Yasamal sakinləri İcra Hakimiyyətinə yürüş edəcək

13.02.2014 - 15:25

Yasamal sakinləri İcra Hakimiyyətinə yürüş edəcək

Yasamal rayonu, Yeni Yasamal 2, ev 1 ünvanında 9 mərtəbəli binanın sakinləri rayon icra hakimiyyətinə yürüş edəcək. 
Bu barədə məlumatı AzNews.az-a binada yaşayan sakinlər verib. Onların sözlərinə görə, ərazidə yeni hündür mərtəbəli yaşayış binası tikilir ki, bu zaman da bütün tikinti qaydaları kobudcasına pozulur: 
“Binada 200 mənzil var. Köhnə binadır. Bir müddət əvvəl binanın düz qarşısındakı ərazidə tikinti işlərinin aparılacağı bildirildi. Qısa müddət sonra ərazi hasara alındı və tikinti başladı. Binanın bloku ilə yeni tikilən binanın arasında cəmi 6 metr məsafə var. Hərəkət etmək mümkün deyil. Bina tikildikdən sonra vəziyyət daha da dözülməz olacaq”. 
Bununla əlaqədar sakinlərlə ərazini hasarlayan şirkətin əməkdaşları arasında mübahisə yaranıb. 
Tikinti şirkətinin nümayəndələri ərazinin onlara rayon icra hakimiyyəti tərəfindən ayrıldığını bildirərək hətta onları təhqir ediblər: “Bununla əlaqədar sakinlər rayon icra hakimiyyətini başçısına şikayət edəcək. Buna görə bu gün icra hakimiyyətini binasına yürüş edəcəyik”. 
AzNews.az tikinti aparılması nəzərdə tutualn yerdən fotoları təqdim edir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4201

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829