Köşə yazarı ölkə boyu axtarılmaqdadır
“Cumhuriyyət” qəzetının araşdırmaçi yazarı Məhəhəmmədəli Allahverdiyev polis və mülki geyimli şəxslər tərərfindən axtarılmaqdadır. Belə ki redaksiyamıza zəng edən Məhəmmədəli bəyin ailə üzvüləri evlərinin polis əməkdaşları tərəfindən nəzarətdə olduğunu bildirir. Onların bildirdyinə görə iki gün öncə evlərinə gələn iki mülki geyimli şəxs və bir polis əməkdaşı öncə Məhəmmədəli Allahverdiyevin harada olmasını soruşmuşlar,aldıqları cavabdan hiddətlənən polis əməkdaşları evə zorla girərərk evdə axtarış aparmış və Məhəmmədəli bəyə aid olan bir çox sənəd və materyalları özləri ilə aparmışlar.
P.S. Xatırladaq ki, Məhəmmədəli Allahverdiyev “Cumhuriyyət”qazetində 2012 ci ildən çalışmışdır, qazetdə gedən araşdırma yazılarına görə təhdidlərlə üzləşdiyi üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=42096