Jurnalistləri Müdafiə Komitəsi: Əliyev rejimi mətbuat azadlığını boğur

13.02.2014 - 17:23

Jurnalistləri Müdafiə Komitəsi: Əliyev rejimi mətbuat azadlığını boğur

2014-cü ildə Avropa Şurasında  sədrliyə hazırlaşan Azərbaycan prezidenti  İlham Əliyevin avtoritar rejimi ölkədə mətbuat azadlığını utanmadan tapdalamaqda davam edir. Bu barədə  mərkəzi ofisi NYU-Yorkda yerlşən  Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında deyilir. Bəyanatda vurğulanıb ki, hakimiyyət  İnternetdə (web)  ifadə azadlığını hədəfə alır, tənqidi səsləri  boğur, uzunmüddətli həbsə atır. Yerli jurnalistlərdən birinin mükafatını almaq üçün Norveçə gedə bilmədiyini xatırladan təşkilat, onlarla xarici jurnalistin  persona non-qrata elan olunduğunu vurğulayıb.  Araşdırmaçı jurnalst Xədicə İsmayılovaya qarşı iqtidaryönlü medianın apardığı kampaniya cəzasız qalıb. İ.Əliyev  yerli və beynəlxalq təşkilatların  narazılıqlarına baxmayaraq, diffamasiyaya görə cinayət cəzası İnternetə də aid edib, daha sonra  QHT-nin fəaliyyətini məhdudlaşdıran  əlavə və dəyişikləri qəbul edib. İyunda Avropa Komissiyasının prezidenti José Manuel Barroso İ.Əliyevi ölkədəki insan haqları və mətbuat azadlığı pozuntularına görə hesab sormaqdansa ona dəstək təklif edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=4211

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930