Hakim komandada AZAD ticarət zonası
Gənlər və İdman Nazirinin görəvdən kənar görəvi
“Yeni Cumhuriyyət”də
Dövlət
məmuru bizneslə məşğul olmamalıdır! Azərbaycan qanunlarının bu tələbinin necə
kobud şəkildə pozulduğunu ölkənin
Gənclər və İdman naziri Azad Rəhimovun fəaliyyəti timsalında aydın görmək olar.
Siyasətə ticarətdən, daha doğrusu biznesdən gələn Azad Rəhimov nazir kürsüsünə
də elə biznesini davam etmək üçün əyləşdi. Əlbəttə, belə daha etibarlı idi. Ən
azı güc strukturlarının rəhbərləri ilə daha intensiv əlaqə saxlamaq, onları
sözün həm həqiqi, həm də məcazi mənada görmək imkanı əldə edildi. İndi
vergidən daha sərbəst yayınmaq da, bu
AZADlığı bahalı hədiyyələrlə ört-basdır etmək də mümkün idi.
Əvvəlcə nazirin biznes yoluna baş çəkək. Azad Rəhimovun qurduqu
ilk şirkət 1996-cı ilə təsadüf edir. O məhz həmin il İtaliyanın dəbli mətbəx avadanlıqlarını Azərbaycana
gətirməklə fəaliyyətə başladı. 1998-2006-cı il tarixinədək “İtaldizayn” Qapalı
Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu
müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirirdi. “İtaldizayn”
şirkətinə şəhərin mərkəzində yerləşən salon və butiklər daxildir: “İdea”, “Creative System”, iki “Villeroy
& Boch” butik və salonu, “Bang & Olufsen”, “Ambiance”, dörd “Swarovski”
butiki, “Royal Collection”, “Royal Collection – Watches & Accessories”,
“Yves Delorme”, “Baccarat – Bernardaud”, “Museum”, “Carpets Boutique”,
“Lladro”, “Roberto Coin – de Grisogono”; iki “Eurodesign” və “Transeurocom”
telekommunikasiya şirkəti; “İD Catering” keyterinq şirkəti və “Creacon” inşaat
şirkəti. Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı Azpetrol
shirkətinin Prezidenti Rafiq Əliyevi müvəfəqiyyətlə zindana salandan sonra,
onların təmsil etdiyi Chopard və digər lüx brendləri əlinə keçirir. Bununla
kifayətlənməyən Azad Rəhimov, Azərbaycanda Sİ Travel Luvr shirkətinin təmsil
etdiyi Cartier brendini min cür hiylələrlə əlinə keçirir. Sonda həcmlərini
doyuzdura bilməyən Azad Rəhimov Azərbaycanda Ulisse Nardin Brendinidə təmsilçisi
olan VMV şirkətindən çirkin yollarla ələ keçirir. Lakin bu varidat nazirin iştahını, daha doğrusu azartını yalnız
artırdı.
Azad Rəhimovun azarı
Yeri gəlmişkən, bəzi dairələrdə onu Azad yox, elə Azart Rəhimov
adlandırırlar. Və bu da səbəbsiz deyil. Artıq uzun müddətdir ki, idman mərc
oyunları rəsmi nəzarətə keçib. Özü Gürcüstan və Kiprdə tanınmış qumarbaz
sayılan və yüz minlərlə avro bir gecəyə uduzan Gənclər və İdman Naziri bu
sahəni Azərbaycanda yarada bilmədiyindən, onun başqa bir formasını – totalizatoru
tam şəkildə öz inhisarına götürüb və indi hər kəs TOPAZ totalizator
fəaliyyətini haqlı olaraq Azad Rəhimovun biznes sahəsi hesab edir. Burda isə milyonlarla insanlar və
pullar haram və yalan yollarla istismar olunur. Qeyd edək ki, mərc oyunları uzun
müddət ölkədə qadağan idi. Azart
oyunlarına qadağa 1998-ci ildə Heydər Əliyev tərəfindən qoyulmuşdu. O vaxt
ölkədə bütün kazinolar bağlandı. Sonradan illər keçdikcə, bu məsələ də
gündəmdən düşdü və qumarxanalar geniş miqyas almağa başladı. Baxmayaraq ki,
ölkə qanunvericiliyi bu kimi halların baş verməsini birmənalı şəkildə qadağan
edir. Məsələ burasındadır ki, İnzibati Xətalar Məcəlləsinin 309-cu
maddəsində pul və başqa sərvətlərlə
qumar oynamağa görə məsuliyyət nəzərdə tutulur. Azad Rəhimov isə əla oyunçu
kimi bu prosesdən 3
tuzlaçıxdı.
Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun bu biznesə
əl qoyması da maraqlı yoldan keçib. Hələn mərc oyunları leqallaşdırılan vaxt
idman qumarının qara bazarından danışan nazir hamını təəccübləndirəcək açıqlama
ilə çıxış etmişdi: “Mənim bir vətəndaş kimi xəbərim yox idi ki,
Azərbaycanda belə qara bazar var. Bu iş başlanan kimi biz həqiqətən də öyrəndik
ki, Bakı, Gəncə kimi böyük şəhərlərdə, müxtəlif yerlərdə “qara
bukmeyker” nöqtələri, kafeləri fəaliyyət göstərir”. Rəhimov futbol
qumarının qara bazardan dövlətin əlinə keçməsini böyük sevinclə təqdim etdirdi.
Əslində, gənclər və idman nazirinin “mənim bir vətəndaş kimi xəbərim yox
idi ki, Azərbaycanda belə “qara bazar” var” sözləri səmimiyyətdən
çox uzaqdır, çünki ölkədə qeyri-qanuni bukmeker fəaliyyəti ilə bağlı az qala
hər gün telekanallar göstərir, qəzetlər yazırdılar. Bu məsələ xeyli böyümüşdü,
ortada kifayət qədər iri pulların dövr etdiyi meydana çıxmışdı və Azad Nazir
fürsəti fövtə verməyib, ölkədə futbol qumarının leqallaşmasına baş vurdu və
sonda istəyinə çatdı.
Bu gün artıq totalizator biznesi tam şəkildə A.Rəhimovun
əlindədir. Gənclər və idman nazirliyinin idman mərc oyunlarının
rəsmiləşdirilməsi haqda qaydalarına əsasən Azərbaycanda bukmeker kontorunun
açılışına lisenziya alınması üçün ödəniş tələb olunmur. Mərc oyunları açmaq
istəyənlər istənilən vaxt vəsaiti geri qaytarmaq hüququ əldə etməklə, sadəcə 3000 manat dəyərində
post-terminal almalıdırlar. Baxmayaraq ki, Türkiyədədə qumar oyunları
yasaklanıb, prosesə nəzarət üçün nazirlik bu ölkənin “İnteltex”
şirkəti ilə birgə mərc oyunlarının fəaliyyətinin idarəsini həyata keçirən
“Azəridmanservis” şöbəsi yaradıb. Bu sistem əsasında ölkədə bukmeker
kantorlarının sayı artıq 100-lərlədir.
Onu da bildirək ki, Avropa ölkələrində bukmeykerlər fərqli
qaydalar əsasında fəaliyyət göstərir. Oyunlara pul qoyuluşunu təşkil edən qurum
rəsmi dövlət qeydiyyatından keçir və qazandığı vəsaitin müqabilində vergi
ödəyir. Paralel olaraq müştərilər üçün güzəştlər də tətbiq edilir. Nəhəng
bukmeyker kontorları futbol klublarına müəyyən vəsait ödəyir. Şübhəsiz ki,
bütün ödəmələr plastik kartlar vasitəsilə həyata keçirilir. Bizdə isə bütün
prosesi bir şəxs, özü də biznes
fəaliyyəti ilə məşğul olması yasaq-qadağan edilmiş Nazir öz inhisarına götürüb.
Nazir Azad Rəhimov öz biznesinin kənar çıxarlarını həll etmək üçün müəyyən
qabaqlayıcı tədbirlər görməyə başladı. O sistem qurmaq üçün ilk öncə vergi
məsələləri, o cümlədən udan insanların vergidən azad olunması məsələləri həll
edilməli olduğunu bildirmişdi. Bu biznesin vergidən azad edilməsi haqda
fikirlər nə qədər anormal olsa da Rəhimovun bu istəyi də həyata keçdi. İdman
mərc oyunlarının operatorları 6% mənfəət vergisi ödəyir. Operatorların
agentləri komissiya həcmindən 4% ödəyir. Bu Azad Rəhimovun şəxsən və ona yaxın olan məmurların rüşvət və
dövlətdən oğurluq yolla mənimsədiyi Azərbaycan xalqının halal pullarını yuyub
leqallaşdıraraq harama çevirir. Azərbaycanda mebel satan kimi tanınan Rəhimovun
AZART tərəfi barədə bu qədər.
Mebel biznesindən
nazir kreslosuna
Yenidən nazirin başqa fəaliyyət sahələri barədəki faktlara
qayıdaq. Bu yaxınlarda məlumat yayıldı
ki, Gənclər və idman naziri Azad
Rəhimova aid olduğu iddia edilən mağazalar paytaxtın mərkəzindən köçürüləcək.
İlk səbəb kimi bu göstərilirdi ki, məşhur xarici brendlərin Bakıda satışını
həyata keçirən mağazaların icarə müddəti bitib və köç bununla bağlıdır.
Az sonra isə başqa bir etibarlı məlumat meydana çıxdı.
Mağazaların köçürülməsi icarə müddətinin bitməsi ilə yox, prezidentin vaxtilə
“Nizami” kinoteatrının təmirdən sonra açılış etdiyi zaman verdiyi göstərişlə
bağlıdır. Qeyd edək ki, ölkə başçısı İlham Əliyev kinoteatrın açılışında
iştirak edən zaman bu ərazidə çoxlu
butiklərin mövcudluğuna bərk əsəbiləşib
və onların buradan yığışdırıılmasına göstəriş verib.
Amma bütün bunlara baxmayaraq Azad Rəhimov biznes imperiyasını gücləndirir.
Belə ki, nazirin məşhur xarici brendlərin Bakıda satışını həyata keçirən
mağazalarının sırasına daha bir neçə yenisi əlavə olunub. Bu istiqamətdə
aldığımız məlumatda deyilir ki, nazir bir neçə böyük mağazasını şəhərin
mərkəzində cəmləməyə nail olub. Belə acgözlük nümunəsi ilə Azad Rəhimov özü və
ətrafındakı 5-10 adamı dolandırmaqla Dövlət imicinə ciddi zərər vurur. Lakin
mebel satanına bunu anlamaq doğrudanda çətin məsələdir. Alverlə məşqul olan
adamın Dövlət strukturunda yeri ola bilməz. Alverin öz alqı-satqı yeri var,
Dövlətçiliyin isə öz sayğı-qayğı yeri. Elə alverçi ruhu Azad Rəhimava
Ermənistanda qələbə çalan dzüdoçumuzun BMW X5 markasının işarələrini əlləri ilə
Azad Rəhimova birbaşa döyüş xalçasından göstərməsi bütün dünya mediyasında
Azərbaycanı biabır etdi. Bu faktla əlaqədar Erməni saytı PanArmeniya yazdı ki,
Azərbaycan döyüşçüləri Dövlət himni və bayrağı uğrunda yox, İdman Naziri Azad
Rəhimovun onlara söz verdiyi maşınlar və pullar uğrunda döyüşür. Ona görə
birinci Eurovision müsabiqəsini 2 geyri ənənəvi oriyentasiyaya malik olan
kişiləri apararaq Azərbaycanı bütün Avropaya biabır etdi.
Azad Rəhimov nazir olduqdan sonra imkanlarından istifadə
edərək holdinqə daxil olan şirkətlərin beynəlxalq sərgilərdə iştirakını təmin
edib. Holdinqin “Mebel ticarəti sahəsində ilin ən yaxşı şirkəti”
nominasiyasında “UДћUR” milli mükafatını, Parisdə Avropanın otuz aparıcı şirkəti
sırasında “Keyfiyyətə görə” Avropa beynəlxalq mükafatına alması bunun əyani
sübutudur. Hazırda holdinqin prezidenti Elçin Zeynalov olsa da, bütün
haqq-hesabı nazirin köməkçisi Fuad Hadıyev aparır.
Azad RəhimovРіС‚ “prestijli” mağazaları
A.Rəhimovun
Bakının ən prestijli ərazilərində yerləşən bir neçə mağazasında olduq. İlk baş
çəkdiyimiz obyekt Nizami küçəsində, “Nizami” kinoteatrı ilə üz-üzə yerləşən
“Royal collection” mağazası oldu. 2004-cü ildə açılan mağazada satılan bahalı
və fantastik qiymətdə olan brend mallar təqdim edilir: zərgərlik məmulatları,
saatlar, kişi və qadınlar üçün aksessuarlar, heykəlciklər.
Butikdə
məşhur “Carrera y Carrera”, “Pasquale Bruni”, “Leo Pizzo”, “Antonini” və s.
məşhur brendlərin məhsulları satılır. Aksessuarlar və ofis ləvazimatlarının
qiymətləri ilə maraqlanırıq. Satıcı deyir ki, burada ən bahalı qələmlər
“Cartier” firmasına məxsusdur və qiyməti 400 manatdan başlayır. O bildirdi ki,
firmanın məhsullarına maraq olduqca yüksəkdir: “Köynək düymələri 500, İsveç
istehsalı saatlar 2 min, bel kəmərləri min manatdan alıcılara təqdim olunur”.
Satıcı
deyir ki, daimi müştərilərə xüsusi endirim təklifləri verilir. Söhbət zamanı
öyrənirik ki, holdinqə məxsus digər mağazalar yaxın günlərdə şəhərin mərkəzinə
köçürüləcək.
Bir daha
vurğulayaq: Azərbaycan qanunvericiliyində nəzərdə tutulub ki, dövlət məmuru
bizneslə məşğul ola bilməz. Yuxarıdakı faktlardan da görürük ki, təkcə bir
nazir bu qədər ticarət obyektinə yiyələnərək həmin sahəni inhisarda saxlayır. Nazir
bütün rəqabət qanunlarını kobud şəkildə pozaraq adminstrativ imkanlarını
çəkinmədən biznes idarəçiliyinə tətbiq edir. Bunun nəticəsində bu yaxınlara qədər müxtəlif iş adamlarının
biznesinin tərkib hissəsi olan məşhur brendlər onkarın əlindən alınır və necə
deyərlər AZAD TİCARƏT ZONASI-na daxil edilir. Azad Rəhimov yerli sahibkarların əindən zorla aldığı Chopard, Cartier,
Ulisse Nardin, Karlov və s. kimi məşhur
brendleri artıq mənimsəyib və nazir iştahının yeni hədəflərinə diş
qıcamaqdadır.
Əlbəttə,
hər bir vətəndaş bu və ya digər fəaliyyət sahəsi ilə məşğul olmaqda azaddır. Elə
Rəhimov da Azaddır. Amma onun dövlət qulluqçusu statusu bir sıra ciddi yasaqlar
və məhdudiyyətlər nəzərdə tutur. NAZİR
BİZNES FƏALİYYƏTİ İLƏ MƏŞДћUL OLMAMALIDIR. Baş verirsə, sahibkarların hüquqlarını qoruyan qanunlar qüvvəyə minməlidir. Amma indiki halda Azad
Rəhimov kimi gövdəli bir qüvvə Qanunu minir. O
varlanır, Dövlətlənir və son nəticədə elə bilir ki, Dövlət onun özüdür,
Azərbaycan yox!
Çingiz Coşqun
Short URL: http://www.cumhuriyyet.net/?p=4215