İki icra başçısının başı dərddə

13.02.2014 - 20:24

İki icra başçısının başı dərddə

 
 

Alı Alıyev edilən şikayətlərə cavab verə bilmir, Siraqəddin Cabbarovun isə qəzəbi daş yarır İki icra başçısının başı dərddə

 Alı Alıyev edilən şikayətlərə cavab verə bilmir, Siraqəddin Cabbarovun isə qəzəbi daş yarır 
 
Son dövrlər əksər rayonların icra başçıları ciddi narahatlıq içindədir. Onların belə təlaş keçirməsinin əsas səbəbi yaxın vaxtlarda işdən çıxarıla biləcəkləri ilə bağlıdır. Hətta belə bir məlumat da var ki, fevralın 15-dən sonra rayonların rəhbərlərini dəyişmək və ya işdən çıxarılmasına start veriləcək. Üç rayonda isə bu məsələ ilə bağlı vəziyyət daha kritikdir.

Alı Alıyevin qan təzyiqi niyə qalxıb? 


 Təlaş içində olan icra başçılarından biri Alı Alıyevdir. JAM.AZ-a verilən məlumata görə, son dövrlər haqqında ən çox şikayət edilən Fizulinin icra başçısı yuxarıların qəzəbinə gəlib. Elə bu səbəbdəndir ki, onunla bağlı qəti ölçülərin götürələcəyi gözlənilir. 
Məlumatda deyilir ki, bu yaxınlarda sahibkarlardan pul yığılması və onların buna etiraz olaraq Prezident Admnistrasiyasına şikayət etmələri icra başçısının işini lap çətinə salıb. Mənbənin iddiasına görə, Alı Alıyev baş verənlərdən o qədər narahat olub ki, hətta qan təzyiqi qalxıb. Hətta iş o yerə çatıb ki, edilən şikayətlərdən dolayı Fizulinin icra başçısından açıqlama belə istənilib. Hər nə qədər belə bir şey olmadığını əsaslandırmağa çalışsa da, onu kimsənin inanmadığı deyilir.
  İki icra başçısının başı dərddə
Siraqəddin Cabbarovun qəzəbi daş yarır

 Saatlının icra başçısı Siraqəddin Cabbarov isə Bakıda Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən iclasdan sonra qəzəbli hərəkətləri ilə diqqəti çəkir. JAM.AZ-a verilən məlumatlarda deyilir ki, icra başçısının bu qədər əsəbi olmasının dəqiq səbəbləri məlum deyil. Güman edilir ki, son müşavirədə onunla bağlı hansısa qərar çıxarılıb. Və ya o da mümkündür ki, həmin toplantıda Cabbarova ciddi xəbərdarlıq edilib. 
 Məlumatlarda vurğulanır ki, Siraqəddin Cabbarov işi o həddə çatdırıb ki, müavinləri belə onunla görüşməkdən çəkinirlər. Xüsusən də hər səhər işə gələn icra başçısının keçirdiyi toplantıda heç kim səsini çıxarmağa cəsarət eləmir. Amma bütün hallarda onun öz işçilərini danlaması üçün bəhanəyə ehtiyacı olmur. Yeri gəldi-gəlmədi işçilərini azarlayan Siraqəddin Cabbarov bununla əsəblərini soyudur. 
Bundan əlavə Cabbarovun bütün işçilərinə xüsusi göstəriş verdiyi də deyilir. Belə ki, o, bütün idarə və müəssisə rəhbərlərinə, habelə İcra Hakimiyyətinin işçilərinə tapşırıq verib ki, sənədləri qaydasına salsınlar. Bunun üçün özü yoxlama təşkil edəcəyini və əgər sənədlərdə yanlışlıq üzə çıxarsa, həmin məmuru cəzalandıracağına dair də xəbərdarlıq edib.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4218

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031