Aqrar Elmi Mərkəzinə ayrılan vəsaitlər hara “buxarlanıb”?

13.02.2014 - 20:36

Elmi Mərkəzin direktoru Əsəd Musayev çıxılmaz vəziyyətdə

Kənd Təsərrüfatı Nazirliyindən PİA.AZ daxil olan məlumata görə nazirliyin nəzdində fəaliyyət göstərən Aqrar Elmi Mərkəzinda ciddi şəkildə yeyinti halları aşkarlanıb. 
Qeyd edək ki, Aqrar Elm Mərkəzinin nəzdində Elmi-Tədqiqat Əkinçilik İnstitu, Elmi-Tədqiqat Tərəvəzçilik İnstitu, Elmi-Tədqiqat Pambıqçılıq İnstitu, Elmi-Tdqiqat Bağçılıq və Şərabçılıq İnstitu, Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitu, Elmi-Tədqiqat İpəkçilik İnstitu, Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitu, Elmi-Tədqiqat Heyvandarlıq İnstitu, Elmi Tədqiqat Baytarlıq İnstitu, Elmi-Tədqiqat Baytarlıq Pereparatlarına Nəzarət İnstitu, Elmi-Tədqiqat Aqromexanika institu, Elmi-Tədqiqat Kənd Təəsrrüfatının İqsadiyyatı və Təşkili İnstitu, Elmi-Tədqiqat Eroziya Suvarma İnstitu və Azərbayca Aqrar Unversiteti fəaliyyət göstərir. 
Kənd Təsərrüfatı Nazirliyindəki mənbə bildirir ki, bu yaxınlarada Aqrar Elm Mərkəzində aparılan yoxlamalarda yeyintilərin aşkarlanması qurumun rəhbəri Əsəd Musayevi çıxılmaz vəziyyətə salıb. Bildirilir ki, keçən il Aqrar Elm Mərkəzinə 2,5 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 670 min manatının xərclənməsində qaranlıq məqamlar var. Ayrılan vəsaitlər əsaslı təmir işləri, cari təmir işləri, mətbəə xidmətlərinin, digər maşın avadanlıqlarının, digər nəqliyyat xidmətlərinə, kimyəvi maddələrin, elmi tədqiqat işlərin, dəftərxana ləvazimatların, inventarların və üzvü mineral gübrələrin alınmasına xərclənib. 
1,8 milyon manatı isə Aqrar Elm Mərkəzinin nəzdindəki Elmi tədqiqat Üzümçülük və Şərabçılıq İnstitunun inzibati binasının, labaratoriyasının, ambar və qarajının əsaslı təmiri, mini emal sexinin yenidən qurulması və İnstitun Cəlilabad rayonunda dayaq məntəqəsinin inzibati binasının, o cümlədən labaratoriyasının, ambar və qarjının tikintisi, Seleksiya Naliyyətlərinin Sınağı və Mühafizə üzrə Dövlət Komisiyasının inzibati binasının təmirinə xərclənib.
Mənbə bildirir ki, Aqrar Elm Mərkəzinin Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitunun təmir işləri üçün istifadə olunan 1,8 milyon manat vəsaitin xərclənməsində şişirdilmələr edilərək mənimsəmələ yol verilib. Mənbə adı çəkilən qurumun rəhbəri Tarıyel Pənahovun təmir tikinti yeyinti maxinasiyasından xəbərdar olduğunu qeyd etdi. Bundan başqa yuxarıda adı keçən Elmi İnstitutlara ayrılan vəsaitlərində xərclənməsində şişirtmələrə yol verildiyini və sənədləşdirmələrdə qeyd olunan bir çox satınalmaların həyata keçirilmədiyini, eyni zamanda labaratoriya avadanlıqlarının alınmadığıda bildirilir. Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırırq…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4219

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031