Aqil Ələsgər Türk telekanalında Gülənin Azərbaycan fəaliyyətindən danışdı – VİDEO

01.12.2015 - 15:44
aqilYenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər Türkiyənin nüfuzlu telekanallarından “Ülke TV”nin canlı yayın qonağı olub. “Axşama doğru” Xəbərlər proqramında Azərbaycan və Rusiyadakı Fətullah Gülən Şəbəkəsi ilə bağlı danışan A.Ələsgərin qələmə aldığı “Terrorun Gülən üzü” kitabı da geniş müzakirə olunub.
“Gülən üçün Azərbaycan Türkiyədən daha önəmlidir” deyən Aqil Ələsgər bildirib ki, “Şəbəkə üçün bura Rusiya və Orta Asiyaya giriş qapısıdır”.
Azərbaycanda Gülən Şəbəkəsinə qarşı mübarizədən də danışan A.Ələsgər qeyd edib ki, “Azərbaycan prezidenti bu məsələdə Türkiyə prezidenti Ərdoğanla həmfikirdir və onlara qarşı mübarizə aparmaqdadır. Lakin bu dini deyil, agentura şəbəkəsi olduğundan mübarizə asan deyil. Bəzən dövlət içərisindəki müridləri vasitəsilə özlərini gizlətməyə müvəffəq olurlar”.
Aqil Ələsgər fətullahçıların onu məhkəməyə verməsindən də bəhs edib: “Azərbaycandan deport olunan Gülənin “Bank Asya”sının ortağı Ənvər Özərən  Qafqaz Universiteti ilə birlikdə məni məhkəməyə verib. Türkiyədə azad sözə basqıdan danışanla Azərbaycanda onları ifşa edənləri bütün yollarla susdurmaq istəyirlər”.
Xatırladaq ki, sabah 11.00-da Səbael rayon Məhkəməsində Ənvər Özərən, Qafqaz Universiteti və “Çağ Öyrətim” MMC-nin Yenicag.az və Aqil Ələsgərə qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prossesi keçiriləcək.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=42224

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31