Əri Suriyada ölən qadından tükürpədici açıqlamalar

14.02.2014 - 00:36

“Niyə araşdırmrlar? Bax, Qaraçuxur məscidinə, Qala məscidinə toplaşırlar” 

 
Suriyaya gedən 34 yaşlı Soltan Mirzəyevin həyat yoldaşı “Meydan TV”yə danışıb. Vəhabinin xanımı Mətanət Mirzəyeva həyat yoldaşı ilə əlaqədar maraqlı müsahibə verib. O deyib ki, Soltan Mirzəyev məscidlərə gedirdi. Qadın bildirir ki, orada olanlar onu Hacı Qamətlə (ilk sinif öyrətməni olaraq qeyd edir. – red.) tanış ediblər:

Onların burada bu kitabları satdıqları yerlər var
 “Sonradan Elxan Musayev adında birisi çıxdı. Daha sonra Əbuzər ləqəbində birisi. Artıq yavaş-yavaş, yavaş-yavaş Alixan Musayevin kitabını oxudu. Alixan Musayevin Quran tərcüməsi, hədis tərcüməsi var. Başladı onu oxumağa. Onların burada bu kitabları satdıqları yerlər var. Ala bilmirsənsə, özləri verirlər.
Bu cür təbliğatı məscidlərdə aparmırlar
Mətanət xanım həmçinin bildirib ki, həyat yoldaşı bir müddət sələfilərlə görüşürdü: “Sələfilərlə görüşdüyü zaman onun telefonuna dini dərsliklər, videolar, şəkillər yükləyirdilər. Vəhabilər hərf tanımayanlar üçün bu cür təbliğat aparırlar”. Xanım bildirir ki, bu cür təbliğatları məscidlərdə aparmırlar. Daha çox fərdi şəkildə görüşməyə üstünlük verirlər: “İndiyə kimi maraqlanmırlar bunlarla? Niyə araşdırmrlar? Bax, Qaraçuxur məscidinə, Qala məscidinə toplaşırlar. Məscidə getməkdə problem yoxdur. Əlhəmdüllah, namaza gedirlər. Ancaq nəyə görə demirlər ki, məscidin qabağında kafelər açırsınız, mağazalar açırsınız? Bunun pulu haradan gəlir? Kim sizi maliyyələşdirir? Dindar bir adam, savadlı bir adam gedib araşdırsın ki, bunların təbliğat kitablarının içində nələr yazılıb? Necə beyinlərini doldururlar?
Belə cahil-cahil videolarla beyin yuyurlar
Bu məsciddə oturan Qaməti, Elxanı, Əbuzəri araşdırsınlar. Telefondan telefona köçürürlər videolarını. Axırıncı dəfə video gətirib göstərdi – Əfqanıstan döyüşçüləri. Əllərində avtomat, Quran. Axırda da göstərirlər ki, bunlar öldü. Üzünü pudralayıb, “kraskalayıb şəkil çəkirlər ki, guya bu adam gülərək öldü, şəhid oldu. Belə cahil-cahil videolarla beyin yuyurlar. Bu şöhrət xatirinə insanları aparırlar ki, şəhid olacaqsan, cənnətlik olacaqsan. Guya bu camaatdan başqa heç doğru deyil və bu camaatdan başqa heç kim cənnətə girməyəcək”.

 
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=4223

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031