Ramzan Kadırovun Bakıda otel biznesi

14.02.2014 - 00:58

“Bakı mehmanxanası”nın Ramzan Kadırova
verilməsi təsdiqlənir



Kadırovun adamı, “Union kredit” bankının
prezidenti Hüseyn Marayev “Bakı”nın 95 faiz səhminə sahiblənib



“Bakı
mehmanxanası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarları cəmiyyətin
rəhbərliyindən şikayətçidirlər. Cəmiyyətin 1 faiz səhminə sahib olan Ramiz
Əliyev “Bizim Yol” qəzetinə açıqlamasında bildirib ki, “Bakı mehmanxanası”nın
rəhbərliyinin məsuliyyətsizliyi və məhkəmə prosesinin sürünməsi nəticəsində
səhmdarların hüquqları pozulub: “Bakı mehmanxanası”nın binasını sökürdülər.
Buna görə, 2013-cü ilin fevralında aksiya keçirib etiraz edirdik. Cəmiyyətin
sədri bizi saymadı. Açıq-aşkar hüquqlarımızı pozdu. Məhkəməyə müraciət etdik.
Məhkəmədən biz mehmanxananın binasının söküntüsünün saxlanmasını və cəmiyyətin
ümumi yığıncağının çağırılmasını tələb etmişdik, Nəsimi rayon məhkəməsinin
hakimi Səyyad Qafari prosesi uzatdı. 14 mərtəbəli mehmanxana söküləndən sonra
məhkəmənin qərar çıxardı ki, bina sökülməsin. Artıq sökülmüşdü, gecikmiş qərar
oldu. Bildirim ki, ötən ilin may ayında ümumi yığıncaq keçirildi. Orada deyildi
ki, mehmanxananın yerində 19 mərtəbəli biznes mərkəzi tikiləcək. Müəssisənin
fəaliyyət göstərəcəyi, eləcə də divident veriləcəyi ilə bağlı məlumat verildi.
Ötən ilin may ayından heç bir dəyişiklik yoxdur. Vədlər yerinə yetirilmir.
“Bakı mehmanxana”sının yeri xarabalığa çevrilib. Hazırda mehmanxananın yeri
avtomobil dayanacağı olub”.

Səhmdarın
sözlərinə görə, mehmanxananın yeni sədri Marayev Hüseyn Ahmed oğludur: “O,
“Bakı Mehmanxana”sının 95 faiz səhminin sahibidir. Çeçenistan əsilli Qazaxıstan
vətəndaşıdır. Bildiyimiz qədər o, “Union kredit” bankının prezidentidir.
Dəfələrlə səhmdarlar müraciət edib ki, ümumi yığıncağın sənədləri bizə
verilsin, amma verilmir”.

 Səhmdar Ramiz Əliyevin sözlərinə görə, “Bakı
mehmanxana” ASC-nin ümumi reyestrində 150 səhmdar var: “2005-ci ildə ölkədə
olimpiada yarışları keçiriləcəyinə baxmayaraq, mehmanxananın ərazisi xaraba
olaraq qalır”.

Səhmdar
Kamal Hüseynov da “Bakı mehmanxana”sının rəhbəri Hüseyn Marayevdən
şikayətçidir. O hətta məhkəmə qərarının olmasına baxmayaraq, ümumi yığıncağın
nəticəsi ilə bağlı səhmdarlarla məlumat verilmədiyindən şikayətlənib: “Ümumi
yığıncağın protokolu ilə bizin

tanışetmirlər. Bilmək istəyirik ki, bizim yığıncaqda dediklərimiz protokolda əks
olunub, yoxsa yox”.

Məlumat
üçün bildirək ki, hazırda “Gentecus” adlı şirkət tərəfindən söküntüsü həyat
keçirilən “Bakı” mehmanxanası bir vaxtlar Dövlət Əmlak Komitəsi tərəfindən
AFFA-nın keçmiş prezidenti mərhum Ramiz Mirzəyevə satılıb. 2010-cu ildə dövlət
başçısı İlham Əliyev Səməd Vurğun adına və “Muğan” parkının açılışında olarkən
“Bakı” mehmanxanasının durumuna da diqqət yetirib və narazılığını gizlətməyib.
Dövlət başçısı yarı dağılmış halda olan binanın şəhərin bu hissəsinin bütün
görünüşünü korladığını deyib.

Bundan
sonra R.Mirzəyev mehmanxananı yenidən restavrasiya etmək qərarına gəlib.
Müasirləşdirmək məqsədi ilə mehmanxanada söküntü işlərinə başlansa da otaqların
kiçik və alçaq olması binada yenidənqurma işlərinin aparılmasına əngəl yaradıb.
Bu səbəbə Mədəniyyət və Turizm Nazirliyi binanın sökülməsini və yerində
çoxmərtəbəli hotelin tikilməsini məqsədə uyğun sayıb.

Daha sonra
isə bu obyekt iş adamı İsgəndər Xəlilova satılıb. İsgəndər Xəlilovun əlinə
keçəndən sonra bu mehmanxana satışa çıxarılıb. 30 milyon manata dəyərləndirilən
bu mehmanxananın 168 səhmdarı olsa da onların hüquqları payçı qismində
tanınmayıb. Bir neçə dəfə həmin səhmdarlar problemləri ilə bağlı mehmanxana
qarşısında aksiya keçiriblər. 13 mərtəbəli bu mehmanxana “Milyarderlə
İttifaqı”nın gündəmə gəlməsi və İ.Xəlilovun Bakıdakı obyektlərinə əl qoyulması
ilə yenidən Dövlət Əmlak Komitəsinin balansına keçib. Lakin dövlət 30 milyon
manat dəyərində olan mehmanxanaya görə İ.Xəlilova bir qəpik pul ödəməyib, o isə
bu pulunu tələb edir.

Sonda
nəzərə çatdıraq ki, sökülən “Bakı” mehmanxanası sovet dövründən qalmış yeganə
hoteldir.
Son 5 ildə məşhur “İnturist”, “Abşeron”, “Qarabağ”
mehmanxanaları sökülüb, yerində yeniləri inşa olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4226

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031