Səhiyyə Nazirliyinə şok ittiham

14.02.2014 - 01:05

Onkoloji Mərkəzdə yanlış
tibbi müdaxilənin acı nəticəsi


“Səhiyyə nazirliynin
təkidi ilə  uşağı yarandan sonra deyirlr
ki, uşaq ankoloji xəstədir, xərəçəng metastaz verib”


“Səhiyyə nazirliy bizdən
intiqam aldı. Uşağı Səhiyyə nazirliyi bu hala salıb”

 

Rasət Arzu Abdullayeva Azərbaycan səhiyyə sistemində daha bir şok
hadisə baş verib. Bu haqda “Yeni Cumhuriyyət”ə ictimai fəal Rasət Pirisoyu
məlumat verib. O qəyyumu olduğum Məhəmməd Mehdizadənin durumunun çox ağır olduğunu
bildirir: “Uşaq boğulur. Uşağın bələğəmini çıxaramaq üçün onu  nəcis iyi verən  asistantla  
inqalasiya etmək   istəyirlər.  Boğulmaqda olan uşaq iy buruna dəyən kimi
ürəyi bulanır.  Xəstəxanada  Bredual və Pulmikort  adlı dərmanlart olmadığın onları özüm almalı
oldum”.

Rasət bəy bizimlə söhbətində bunları dedi: “Mən – qəyyumuluğa
verilmiş uşaq üçün  dövlətdən bir qəpik
də almayan,  dörd ildir uşaqla məşğul
olduğum görə  evimə bir qəpik də
gətirməyən,  (halbuki hakitmiyyətin qəbul
etdiyi qanunlar qəyyuma, əlil uşağın qululuğnda duran adama küllü miqdarda
müavinət böyun olur ), mən  növbəti borc
içərisinə  girirəm.  Amma yenə də uşağı xilas edə bilmirəm.  Evimi satmaq qərarına gəlib, uşağa böyrək
köçürtdürdüm.  Nəticəsi belə oldu. Həkimlər
vəziyyətin həddindən artıq kritik olduğunu deyirlər. Mənim dövlətə, İlham
Əliyevə, Mehriban Əliyevaya müracətilərimin heç bir nəticəsi olmadı.  Azərbaycan, türk, rus dillərində sərbəst
danışan, ingilis dilində fikrini ifadə etməyə yiyələnmiş,  böyrək köçürüləndən sonra dörd ay içində
bijlogiya, kimya, fizika kimi kitabları əməlli başlı mənisəyən istedadlı bir
uşaq gözümün qarşısında laqeydliyin qurbanı olur”.

Amma əsl dəhşət bununla bitmir. Məhəmməd Mehdizadə fevralın 6-da
əməliyyat olunub. R.
Pirisoyu bildirir ki əməliyyat haqda qərar yanlış
idi: “Mənim dəfələrlə bildirdim ki, uşağı biopsiya etmək əvəzinə uşağı götürüb
yardılar. Onkoloji Mərəkzin konsiliumnda mənə açıq şəkildə deyilmişdi ki,
uşaqda ankoloji problem yoxdur. Məni və uşağı başlarıdan elməmişdilər.
Əlimdə  Onkoloji mərkəzin baş həkimini
imzası ilə təsdiq  olunmuş  sənəd var. Səhiyyə nazirliynin təkidi ilə  uşağı yarandan sonra deyirlr ki, uşaq
ankoloji xəstədir, xərəçəng metastaz verib. Belə də dəşhət olarmı?  Uşağı biopsiya etmək istəyən  cərrah var idi. Mən həmin cərrah haqqında
Fatma Abdullayevanın  müavini Məhərrəmə
demişdim və xahiş etmişdim uşağı yarmasınlar, qabaqcadan biopsiya götürsünlər.
Məhərrəm isə mənə demişdi ki,  çıx get, o
uşaq, o da o həkim biopsiya etsin və sonra telefonu asmışdı. Səhiyyə nazirliy
bizdən intiqam aldı. Mənim uşağın həyatan xilas etmək fasiləsiz cəhdlərim  uşağın əleyhinə yönəldi. Uşağı Səhiyyə
nazirliyi bu hala salıb. Mən bu sözləri nazirliyn əməkdaşı Ceyhun Məmmədliyə da
demişəm”.

Raset Pirisoyu sonda ölkə ictimaiyyətinə üz tutaraq onlardan kömək
diləyir: “Mən indi hamını Məhəmmədin facəsini görməyə dəvət edirəm. Elmira
Süleymanovanı, Qənirə Paşayevanı,   Əkrəm
Əylislini,  Arzu Abdjullayevanı,  İsa Qəmbəri, Əli Kərimlini,  Cəmil Həsənlini, Erkin Qədrlini,  yadıma düşən, düşməyən hamını, bütün ictimai,
siyasi  xadimləri, Allah adamlarını  Məhəmmədi yoluxmağa  çağırıam. Məhəmməd Onkoloji Mərkəzin Uşaq
Onkologiyası korpusunda, 313 otaqda yatır. Gəlin görün kimsəsiz bir körpənin
başına nə oyun açıblar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4228

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031