Eldar Əzizov Sumqayıtlıları susuz qoyub
Eldar Əzizov Sumqayıtlıları susuz qoyub
Artıq bir aya yaxındır Sumqayıt şəhərinin əksər bölgələrində içməli su problemləri yaşanır. Bu barədə şəhər sakinlərinin yenizaman.az-a bildirdiklərinə görə, konkret olaraq 8, 9, 4, və 10-cu mikrarayon ərazisində suyun verilməsində fasilələr yaranıb. Qeyd edilir ki, əvvəllər gün ərzində 6-8 saat sudan istifadə edə bilən sakinlər indi vur-tut 1-2 saat içməli su üzü görürlər. Sözügedən mikrorayon sakinlərindən aldığımız məlumatlara görə, bu göstəriş şəhərin icra başçısı Eldar Əzizovdan gəlib.
Sakinlər məsələ ilə bağlı Sumqayıt şəhər Su-Kanal Idarəsinə dəfələrlə müraciət etsələr də onlara qurumdan bildiriblər ki, gedib problemlərinin həlli yollarını icra başçısı Eldar Əzizovla müzakirə etsinlər. Maraqlısı odur ki, şəhərin Su-Kanal Idarəsinin rəisi Ədalət Bağırov suyun verilməsinin səbəbini son günlər ölkə ərazisində müşahidə edilən soyuq hava ilə əlaqləndirib. Görünür, Ədalət Bağırov ölkə ərazisində artıq havaların mülayim keçməsini unudub.
Bundan əlavə Ədalət Bağırov qeyd edib ki, insanlar həyətyanı sahələr və evlərdə suyu açıq qoyduqları üçün israfçılığa yol verirlər. Eldar Əzizov da israfçılığın qarşısını almaq üçün şəhər sakinlərini susuz qoymaq göstərişi verib.
azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=4238