Zakir Həsənov Serbiyaya gedir
Zakir Həsənov Serbiyaya gedir
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Serbiyaya səfər edəcək.
Virtualaz.org bildirir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fevralın 17-də başlayacaq və iki gün davam edəcək səfər Serbiyanın müdafiə naziri Neboyşa Rodiçin dəvəti ilə reallaşacaq.
Səfər çərçivəsində Serbiyanın rəhbərliyi ilə görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, təhlükəsizlik məsələlərinin müzakirə edilməsi və “Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş”in imzalanması nəzərdə tutulub.
Short URL: http://www.cumhuriyyet.net/?p=4239