İKİ GENERAL ARASINDA GƏRGİNLİYİN YENİ TƏZAHÜRÜ – Çəkişmə
İKİ GENERAL ARASINDA GƏRGİNLİYİN YENİ TƏZAHÜRÜ –Çəkişmə
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının iki ilinin tamam olması münasibətilə dünən keçirilən tədbirdə maraqlı bir məqam diqqəti çəkib.
Məlumata görə, tədbirdə çıxış edən SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov rəhbərlik etdiyi qurumun qısa müddət ərzində böyük uğurlara imza atmasından, ilbəil çağırış sisteminin təkmilləşdirilməsindən söz açıb, xidmətdə fərqlənən qulluqçuları təşəkkür və fərmanlarla mükafatlandırıb.
Çıxışının sonunda isə Arzu Rəhimov xidmət əməkdaşlarına milli təhlükəsizlik naziri Eldar Mahmudovun, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyevin, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və digər şəxslərin təbriklərini də çatdırıb.
Tədbirdə iştirak edən “Bizim Yol” qəzetinin əməkdaşı qeyd aparıb ki, təbrik edənlər arasında səfərbərlik və hərbi xidmət işi ilə ən çox əlaqəli qurumun – Müdafiə Nazirliyi rəhbərliyinin adı olmayıb.
Çox guman ki, medafiə naziri Zakir Həsənov ya ümumiyyətlə təbrik məktubunu göndərməyib, ya da Arzu Rəhimov Müdafiə Nazirliyindən də təbrik aldıqlarını xüsusi qeyd etməyə ehtiyac görməyib.
İstənilən halda bu fakt, generallar Arzu Rəhimov və Zakir Həsənov arasında gərginliyin olması haqda iddiaları növbəti dəfə təsdiqləmiş oldu.
Bu günlərdə mötəbər mənbələrdən AzPolitika.info-ya verilən məlumata görə, SHXÇDX-nin yenidən MN-ə tabe etdirilməsi məsələsi belə gündəmə gəlib.
AzPolitika.info
Short URL: http://www.cumhuriyyet.net/?p=4240