Stiven Siqal Bakıda konsert verəcək – FOTO
Məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Mərkəzdən oxu.az-a verilən məlumata görə, dekabrın 16-sı və 17-də keçiriləcək konsertdə Stiven Siqal və onu müşayiət edəcək qrup tamaşaçılara blüz musiqi proqramı təqdim edəcək.
Bir saatdan artıq davam edəcək konsert proqramında gitara ifaçısı, müğənni Stiven Siqal blüz janrında musiqi ilə izləyicilərin qarşısına çıxacaq.
Konsertin biletlərini Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.
Short URL: http://www.cumhuriyyet.net/?p=42405