Əli İnsanov İlham Əliyevə od püskürdü

14.02.2014 - 12:37

“İlham Əliyev, sən mənim xalqımın xidmətçisi
ola bilməzsən”

“Sən xalqın dostu yox, düşmənisən”

“İlham Əliyev, sən mənim xalqımın xidmətçisi
ola bilməzsən”

“Sən xalqın dostu yox, düşmənisən”

 

Bu
gün Bakı Appelyasiya məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə
prosesi keçirilib. Cumhuriyyet.az-ın məhkəmə prosesində iştirak edən
əməkdaşının verdiyi məlumata görə, Ə.İnsanov zala daxil olan kimi İlham Əliyevə
müraciət edib.

İlham
Əliyevin son müşavirədə “Mən xalqın xidmətçisiyəm” sözlərinə cavab olaraq sabiq
nazir deyib: “İlham Əliyev, sən mənim xalqımın xidmətçisi ola bilməzsən.
Xidmətçi xalqın sərvətlərini talaya bilməz, ziyalıları məhv etməz. Xalq
xidmətçisi gəncləri türmədə çürütməz, qaziləri intihara vadar etməz. Sən bir
özünə bax, bir güzgüyə bax. Sən xalqın dostu yox, düşmənisən”. 

Məhkəmə
prosesində Əli İnsanovun şüşə arxasında oturmasına etiraz edən Milli Şura sədri
Cəmil Həsənli zaldan çıxarılıb. Sabiq nazir Əmlak Komitəsinin sədri Kərəm
Həsənovun, səhiyyə naziri Oqtay Şirəliyevin və digər məmurların məhkəməyə şahid
qismində çağırılması haqda vəsatət qaldırıb və bildirib ki onlar Heydər Əliyev
fondunun əasa pul kisələridir. Ə.İnsanovun vəsatəti qismən qəbul olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4244

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031