Natiq Əliyev yenə səlahiyyətsiz qalacaq
Natiq Əliyev yenə səlahiyyətsiz qalacaq
Nazirliyin adının dəyişməsi onun fəaliyyətində heç nəyi dəyişməyəcək
Mirvai Qəhrəmanlı: “Natiq Əliyev əvvəllər olduğu kimi yenə də “portfelsiz nazir” olacaq”
Azərbaycanda yeni Nazirlik yaranıb. Prezident Ilham Əliyev Energetika Nazirliyinin yaradılması barədə qərar verib. Energetika Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında deyilir ki, bundan sonra bütün sənədlərdə “Sənaye və Energetika Nazirliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilsin.
Xatırladaq ki, adı çəkilən nazirliyin adı artıq üçüncü dəfədir dəyişir. Əvvəl Yanacaq və Energetika Nazirliyi, daha sonra Sənaye və Energetika Nazirliyi adlandırılan nazirliyin indi də Energetika Nazirliyi adlandırılması bu qurumun fəaliyyətində hansı dəyişikliyə səbəb ola bilər?
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ad dəyişikliyinin nazirliyin fəaliyyətində heç bir dəyişikliyə gətirməyəcəyini deyir.
Hüquq müdafiəçisinin sözlərinə görə, nazir Natiq Əliyev əvvəllər olduğu kimi yenə də “portfelsiz”, yəni səlahiyyətsiz nazir olaraq qalacaq: “Ad orda bir önəm kəsb etmir. Əvvəlki adlarında da Natiq Əliyev səlahiyyətsiz nazir idi. Indi də elə olacaq. Nazirliyin də heç bir funksiyası dəyişməyəcək. Siyahıda olan, ancaq yaddan çıxmış bir nazirlikdir”.
azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=4246