Suriyada 4 sumqayıtlı öldürüldü
Suriyada 4 sumqayıtlı öldürüldü
Suriyada daha bir neçə azərbaycanlının öldürülməsi barədə məlumatlar yayılıb.
Virtualaz.org bildirir ki, APA-nın mücahidlərə məxsus saytlardan əldə etdiyi məlumata görə, Suriyada hökumət qüvvələri tərəfindən öldürülən azərbaycanlıların böyük əksəriyyəti Sumqayıt sakinidir.
Mücahidlər son vaxtlar Suriyada öldürülən azərbaycanlıların bir neçəsinin adını və fotolarını yayıblar. Onlar Hanzala Sumqayıtlı, Abdul Vahid Sumqayıtlı, Abdulmalik Sumqayıtlı, Əbu David Sumqayıtlı və Abdu Razzak kimi təqdim ediliblər.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=4248