“Alov qüllələri”nin təkcə biri 1 milyard dollara başa gəlibmiş
“Alov qüllələri”nin təkcə biri 1 milyard dollara başa gəlibmiş
Türkiyədə “İstanbul Swissotel”də Bakıda ötən il istifadəyə verilən “Fairmont Baku” otelinin təqdimatı olub.
Virtualaz.org saytı xəbər verir ki, mərasimdə “Fairmont”, “Raffles” və “Swissotel” markaları altında dünyada 95 otelə xidmət göstərən global otelçilik şirkəti “Fairmont Raffles Hotels İnternational”ın Bakıdakı oteli müfəssəl şəkildə təqdim olunub.
“Fairmont Hotel Baku”nın direktoru Adrian Ellis təqdimat mərasimində deyib ki, Bakı yeni investisiyalar sayəsində sürətlə inkişaf edərək yeni Dubaya çevrilməkdədir.
Adrian Ellisin sözlərinə görə, insanların Bakıya nədən gəlməli olduqları haqda sualın cavabı çox açıqdır: “Bakı sürətlə inkişaf edən və hər kəsin gözləntilərini qarşılaya biləcək şəhərdir. Modern tikililərin tarixi binalarla iç-içə olduğu Bakıa aktiv gecə həyatı, alış-veriş mərkəzləri, qolf meydançaları və xizək mərkəzi (görünür, Quba və Qəbələ nəzərdə tutulur-red.) mövcuddur. Ayrıca olaraq Xəzər dənizi Bakı üçün əlavə cazibə qüvvəsidir”.
Adrian Ellis deyib ki, Bakının yeni simvolu olan üç binadan ibarət “Alov qüllələri”nin birində yerləşən “Fairmont Baku” oteli 1 milyard dollarlıq investisiya hesabına başa gəlib. Oteldə normal mövsümdə kral nömrəsinin bir günü 5 min avroya satılır. Nəhəng oteldə 2 royal suit, 2 kral dairəsi, 2 Xəzər mənzərəli suit, 57 “Fairmont Gold” nömrəsi, 5 tək yataq otaqlı suit, 6 böyük yataq otaqlı suit, 92 lüks nömrə, 26 ikinəfərlik otaq, 97 “Fairmont” otaq, 19 servis otağı, 9 restoran və bar, 2500 kvadratmetrlik toplantı zalı, açıq və qapalı üzgüçülük hovuzu, tibb mərkəzi, ESPA-spa servisi və tennis kortları var.
Short URL: http://www.cumhuriyyet.net/?p=4250