Cəmil Həsənlidən qovulmağı ilə bağlı açıqlama

14.02.2014 - 14:58

Cəmil Həsənlidən qovulmağı ilə bağlı açıqlama

Bu gün keçmiş Səhiyyə naziri Əli İnsanovun Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə növbəti məhkəmə prosesi keçirilib



Məhkəmədə iştirak edən Cəmil Həsənli hakim tərəfindən məhkəmə zalından qovulub. “Əli İnsanov şüşə qəfəsdə nəinki danışmağımı, hətta nəfəs almağımı da pultla idarə edirlər söyləyəndə hakim dedi ki, bu, Avropada tətbiq olunan üsuldur. Mən də dedim ki, Avropanın üstünə böhtan atmayın. Avropanın heç bir yerində prosesi pultla idarə etmirlər. Sözlərim hakimin xoşuna gəlmədi və hakim məni məhkəmə zalından çıxartdı”. 



Politika.Az xəbər verir ki, bu sözləri İnterpress.az-a Milli Şuranın sədri Cəmil Həsənli deyib.



Cəmil Həsənli onu da bildirdi ki, bu cür prosesi idarə etmək düzgün deyil. “Məhkəmədə çəkişməni təmin etmək lazımdır. Əgər bir adamın səsi pultla idarə olunursa, xoşun gələndə onun səsi eşidilir, xoşun gəlməyəndə eşidilmirsə, bu, çəkişmə hüququnun pozulması deməkdir. Əli İnsanov öz fikrini əsaslandıranda hakim onun səsini batırır. Avropa məhkəməsi bu işi ona görə geri qaytarmışdı ki, Azərbaycan Məhkəmə orqanları prosesin aparılmasında ciddi nöqsanlara yol verib. Ancaq indi yol verilən nöqsanlar bundan əvvəlki nöqsanlardan daha ciddidir”.



Qeyd edək ki, sabiq nazir Əli İnsanovun məhkəmə prosesində Milli Şuranın sədri Cəmil Həsənli hakim tərəfindən məhkəmə zalından çıxarılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4253

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031