Əli İnsanov prezidenti təhqir etdi – ŞOK XƏBƏR

14.02.2014 - 15:17

Əli İnsanov prezidenti təhqir etdi – ŞOK XƏBƏR

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesi davam etdirilib



Redaksiyamızın prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, məhkəmə prosesini izləyənlər arasında Cəmil Həsənli, İsa Qəmbər, Eldar Namazov və Aslan İsmayılov da vardı. Amma konvoy ötən dəfə olduğu kimi bu dəfə də İnsanova siyasətçilərlə görüşməyə imkan vermədi.



Proses başlamazdan əvvəl Əli İnsanov zala daxil olarkən hakimiyyətin ünvanına sərt çıxışlar etməyə başladı, daha sonra isə prezidenti təhqir etdi.



Əli İnsanov sözünü tamamlamamış şüşə qəfəsə salındı. Və proses başlandı.



Əli İnsanovun vəkili Ağaveys Şahverdi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev, iqtisadi inkişaf nazirinin keçmiş müavini, hazırda təhsil naziri olan Mikayıl Cabbarov, sözügedən nazirliyin iki əməkdaşı – Aslanov və Vəliyevin, TQDK sədri Məleykə Abbaszadənin və Prezident Administrasiyası humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadənin məhkəmədə iştirakı ilə bağlı vəsatət qaldırdı.



Vəkil bildirdi ki, TQDK sədri Məleykə Abbaszadənin sifarişi ilə Əli İnsanovun qanunsuz tələbə qəbul etməsi ilə bağlı MTN-ə məktub yazılıb: “Biz birinci instansiya məhkəməsində bununla bağlı dəfələrlə vəsatət qaldırdıq. Heç biri təmin olunmadı. Hazırda Apelyasiya Məhkəməsində də Əli müəllimin hüquqları pozulub. Bir daha xahiş edirəm ki, bu şəxslər məhkəmədə şahid qismində dindirilsinlər. Məleykə Abbaszadənin MTN-ə qanunsuz məktubla müraciət etməsi Əli İnsanovun həbsinə rəvac verən səbəblərdən biridir”.



Əli İnsanovun vəsatətə münasibəti isə bu cür oldu: “Şübhə etmirəm ki, siz Fatma Abdullazadəni və Məleykə Abbaszadəni bura dəvət edə bilməyəcəksiniz. Çünki onlar məmurdur. Siz adını çəkmək istəmədiyim, 12 bal toplamış tələbəni Tibb Unuversitetinə necə qəbul etmisiniz?”



Bu məqamda İnsanov mövzunu yenə qəfildən dəyişib dövlət rəhbərliyinin ünvanına təhqiramiz fikirlər işlətdi deyə mikrofon söndürüldü. Hakim sabiq nazirdən vəsatətə münasibət bildirməsini istədi.



Ə.İnsanov:



-Cənab hakim, deyəsən, sizdə təkcə mikrofonun deyil, havanı da düyməsi var. Onu da pultla idarə edirsiniz? Burda nəfəs almaq olmur. Gəlin 5 dəqiqə dayanın, görüm necə dayanırsınız.



Hakim isə cavabında şüşə kabinədə hava tənzimləyici ilə bağlı heç bir problem olmadığını dedi.



Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istədi. Məhkəmə heyəti yerində müşavirə edərək vəsatəti qismən təmin etdi. Belə ki, İqtisadi İnkişaf Nazirliyinin iki əməkdaşı – Aslanov və Vəliyev şahid qismində dindiriləcəklər.



Vəkil A.Şahverdi:



-Niyə Vəliyevlə Aslanovu çağırırsınız? Niyə Cabbarovu çağırmırsınız? Ona görə ki, o, nazirdir?



Hakim:



-Prosesual qaydalara riayət edin. Zalda əyləşənləri yanlış fikrə salmayın.



Ə.İnsanov:



-Cənab hakim, siz özünüz konstitusiyanın qaydalarını pozursunuz, amma digərlərini iclasın qaydalarına riayət etməyə çağırırsınız. Mənim çəkişmə hüququm var. Niyə mənə imkan vermirsiniz? Mən bu iclaslardan, məhkəmələrdən imtina edib gedərdim. Amma bu, zəiflik olardı. Məni danışmaqdan məhrum etmisiniz. Hətta dinləməkdən də məhrum etmisiniz. Mən həkim adamam. Sizə hüququ öyrətməliyəm? Siz bu şüşə kabinələri qurana, tikənə niyə etiraz etmirsiniz? Axı bunu kim icad edib, kim ixtira edib?



Hakim:



-Bu qaydalara Avropa məhkəmələrində də əməl olunur.



Bu vaxt Milli Şuranın sədri Cəmil Həsənli buna etiraz edərək dedi:



-Amma Avropada məhkəmələr pultla idarə olunmur. Bunun nəyi məhkəmədir ki? Bu cür məhkəmə aparmağa utanmırsınız?



Bundan sonra hakim C.Həsənlidən zalı tərk etməyi tələb etdi. C.Həsənli zaldan çıxarıldı.



Əli İnsanov məhkəmə kollegiyasına etirazını bildirdi:



-Bu və ya digər pozuntulara görə məhkəmə kollegiyasına etiraz edirəm. Xahiş edirəm ki, bizim işimizə başqa məhkəmə kollegiyasında baxılsın.



Vəkil Toğrul Babayev:



-Mən məhkəmə prosesinə etiraz edirəm. Əli İnsanovun hüquqları pozulub. Mən onun vəkiliyəm, amma söz deyə bilmirəm. Xahiş edirəm, Əli müəllimin yanımzıda əyləşməsini təmin edəsiniz. Axı o, nə cani, nə cinayətkar, nə də quldur deyil.



Sabiq nazirin məhkəmə tərkibinə verdiyi etirazla bağlı vəsatət baxılmamış saxlanıldı. Məhkəmə prosesi fevralın 21-də saat 11-də davam etdiriləcək.(virtualaz.org)

 

 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4254

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031