Azərbaycanda saxta şirkətlər kimlərin adına yaradılır? -SİYAHI

14.02.2014 - 16:52

Azərbaycanda saxta şirkətlər kimlərin adına yaradılır? -SİYAHI

“Bu tip şirkətlərin sayının artması ölkədə kölgə iqtisadiyyatının artmasına da xidmət edir”

Məhəmməd Talıblı: “Bu şirkətlərin arxasında iri məmurlar, imtiyazlı şəxslər durmasa, onların fəaliyyəti mümkün ola bilməz”

12Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarının təhlili göstərir ki, ölkədə qeydiyyatdan keçən yeni şirkətlərin tam əksəriyyəti bir qrup şəxs tərəfindən təsis olunur. Məlumatlı mənbələr həmin şəxslərin Azərbaycanın gömrük orqanı ilə qeyri-rəsmi əlaqədə olduğunu, idxal əməliyyatlarının onlar üzərindən aparıldığını iddia edirlər.
“Turan” Informasiya Agentliyinin təhlillərinə əsasən, təkcə 2013-cü ilin noyabr ayının 18-dən bu ilin yanvar ayının 9-dək olan dövr ərzində ölkədə 1502 şirkət yaradılıb. Onların təqribən yarısı, yəni 700-ü 20 nəfərin “məhsuludur”. Bir qayda olaraq bu şirkətlərin nizamnamə kapitalı 5-10 manat arasında dəyişir. Kommersiya hüquqi şəxslərin reyestrinə daxil edilən bu kasad məlumatlar təsdiq edir ki, gün ərzində bu şəxslərin adına ölkənin müxtəlif regionlarında bir neçə şirkət yaradılır. Yəni eyni şəxs, məsələn, Əbülfəz Inşalla oğlu Məmmədov həm Bakıda, həm də respublakanın daha üç bölgəsində (Zaqatala, Sabirabad və Gədəbəy) saysız-hesabsız şirkətlər yaradır. Hesablamalara görə, təkcə bu şəxs yuxarıda qeyd olunan tarixlərdə 63 şirkəti dövlət qeydiyyatına aldırmağa müvəffəq olub. Başqa sözlə desək, yuxarıda qeyd olunan tarixlərdəki 34 iş gün ərzində həmin şəxs hər gün orta hesabla 2 şirkət “istehsal edib”.

18 noyabr – 9 yanvar tarixlərində daha çox şirkət yaratmaq yarışmasında isə birincilik Ağarəhim Qəribşah oğlu Məmmədova məxsusdur – 76 şirkət. “Turan” agentliyi bu şəxsin daha əvvəlki dövrdə də çoxsaylı şirkətlər yaratdığını və onların direktoru vəzifəsini daşıdığını yazmışdı.

Şirkət yaratmaqda ad çıxarmış şəxslər sırasında Teymur Mömin oğlu Əliyev (69 şirkət), Fərqan Etibar oğlu Cəfərli (74), Elvin Cəmil oğlu Əsgərov (67), Mehman Canmirzə oğlu Mirzəliyev (35), Allahyar Adışil oğlu Mirzəyev (31), Şamil Ramazan oğlu Qandayev (36), Aqil Dadaş oğlu Dadaşov (18), Səyyad Mirhəsən oğlu Hüseynov (14) da var. Ölkənin müxtəlif bölgələrində çoxsaylı şirkətlər yaratmaqla onlar bir növ “regional inkişafa dəstək verirlər”. Əslində isə bu cür “regional şaxələnmə” əsl məqsədin ört-basdır edilməsinə yönəlmiş bir manevrdir. Bu mənada qeyd olunan şəxslərdən birinin yaratdığı şirkətlərdən birinin adı – “Blef” MMC – hər şeyin mahiyyətini açır.

Qəribə deyilmi? Bir insan bu qədər şirkətləri necə idarə edə bilər? Adlarını ilk dəfə eşitdiyimiz bu şəxslərə bu qədər şirkət adı kolleksiya üçünmü lazımdır? Axı fəaliyyət göstərməyən şirkətin hesabatını ən azı üç dövlət orqanına mütəmadi təqdim etmək az resurs tələb etmir. Adının açıqlanmasını istəməyən mənbə “Turan”a bildirib ki, bu cür şirkətlər Azərbaycana gətirilən malların gömrük rəsmiləşdirilməsi üçün yaradılır. “Əbülfəz Məmmədovu tanıyıram. Ayrı-ayrı şəxslərin Azərbaycana gətirdikləri malların bir hissəsi onun şirkətlərinin adına rəsmiləşdirilməklə ölkəyə buraxılır. Təbii ki, dəyəri milyardlarla dollarla ölçülən bütün malları bir nəfər üzərindən keçirmək əlverişli deyil. Ona görə də Dövlət Gömrük Komitəsinin əlinin altında çoxlu belə “beşgünlük” şirkətlər var”,- deyə mənbə bildirib.

Qurulan piramidanın təməlində Azərbaycan gömrüyünün formalaşdırdığı inhisarçılıq dayanır. Belə ki, Azərbaycanda bütün mal çeşidləri müəyyən şəxslərin inhisarındadır və onların nəzarətindən kənarda heç kəs ölkəyə mal gətirə bilməz. Tələb olunan “oyun şərtləri” ilə razılaşmadıqda isə mal aylarla gömrükdə ilişib qala bilər.

Mənbənin sözlərinə görə, qurama şirkətlərin üzərindən ötürülən mallar üzrə ödənilən əlavə dəyər vergisi sonrakı mərhələdə nağdlaşdırılaraq mənimsənilir.

DGK-nın hesabatına əsasən, 2013-cü ildə Azərbaycanda idxal-ixrac əməliyyatları ilə təqribən 7 min subyekt məşğul olub. Bunların 3587-si özəl şirkət, 3132-si fiziki şəxslər olub.

Bu tendensiya nəyin görsənişidir? Bir şəxsin adına bu qədər şirkətin olması nədən xəbər verir?

загруженоIqtisadi Təhlil Institutunun sədriГї Məhəmməd Talıblının “Azadlığq”a bildirib ki, , qısa müddət ərzində bir şəxsin adına xeyli sayda şirkətin qeydiyyatdan keçməsi ilk növbədə onu göstərir ki, ölkədə firmaların, kommersiya qurumlarının fəaliyyəti ilə bağlı ciddi əngəl yoxdur. Amma bu şirkətlərin az sayda cəmləşməsi ondan xəbər verir ki, sözügedən sahəyə tam nəzarət edilməyə çalışılır: “Bir müddətdən sonra həmin şirkətlər ölkədəki inhisarçılığı bir qədər dərinləşdirməyə xidmət edir. Hətta təsis edilən şirkətlərin idxal və ixrac əməliyyatlarında hansı rolu oynayacağı əvvəlcədən müəyyənləşdirilir. Eyni zamanda bu tip şirkətlərin fəaliyyətinə diqqət yetirilsə aydın olur ki, onlar dövlət qurumları qarşısında hesabat vermir, bir neçə dəfə istifadə olunduqdan sonra fəaliyyətlərinə xitam verilir. Bu ona xidmət edir ki, ixrac, idxal əməliyyatları zamanı həmin şirkətlərin möhürlərindən istifadə olunsun. Bir müddət sonra məlum olur ki, həmin şirkətin dövlətə ödəməli olduğu vergi borcları ilə bağlı öhdəliklər icra olunmur”.

M.Talıblının fikrincə, bu tip şirkətlərin sayının artması ölkədə kölgə iqtisadiyyatının artmasına da xidmət edir. Bu şirkətlərin əksəriyyətinin elektron ünvanlarının, poçtlarının olmadığını deyən ekspert vurğuladı ki, bu bir daha həmin şirkətlərin formal olduğunu sübut edir: “Bu şirkətlər rəqabətə davamlı məhsul istehsal etməyə xidmət etmir. Onlar daha çox qaranlıq otaqda fəaliyyət göstərməyə xidmət edir. Bir neçə dəfə istifadə olunduqdan sonra həmin şirkətlər barəsində məlumat əldə etmək olmur. Bu isə çirkli pulların yuyulması üçün offşor zonalarda yaradılan şirkətləri xatırladır. Bu şirkətlər ölkə daxilində daha böyük maliyyə fırıldaqları aparmaq üçün deyil, vergidən yayınmağa, banklardan kredit götürüb, daha sonra şirkətin fəaliyyətinə xitam vermək üçün yaradılır. Bu şirkətlərin arxasında iri məmurlar, imtiyazlı şəxslər durmasa, onların fəaliyyəti mümkün ola bilməz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4259

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031