Əvəz Zeynallı məhkəmə heyətinə etirazını bildirib

14.02.2014 - 17:25

Əvəz Zeynallı məhkəmə heyətinə etirazını bildirib

Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının şikayəti üzrə məhkəmə prosesi davam edib.
Xatırladaq ki, Əvəz Zeynallı Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti edib. Məhkəmə “xəbərdarlığın ləğv edilməsi, xüsusi rəyin etibarsız hesab edilməsi, iclas protokolunun hissəvi etibarsız hesab olunması, işgüzar nüfuza vurulmuş zərərin tutularaq ödənilməsi, cavabdeh qurumun vəzifəli şəxsləri barədə xüsusi qərardad qəbul edilməsi, təkzib verməklə üzr istənilməsi tələbi”nə baxır.
 Cavabdeh tərəf olan Mətbuat Şurasının nümayəndəsi, eləcə də iddiaçı tərəfin vəkili E.Sadıqov məhkəmədə iştirak etməyib.   
Əvəz Zeynallı məhkəmə iclasına gətirilərkən “şüşə kabinə”yə salınmasına qəti etirazını bildirib və xatırladıb ki, iclasda mülki işə baxıldığından onun kabinədə dayanmasına ehtiyac yoxdur. Ə.Zeynallının vəsatəti qəbul olunub və o məhkəmə zalında əyləşdirilib. Bundan sonra Ə.Zeynallı məhkəmə heyətinə etirazını bildirib. 10 dəqiqəlik fasilə zamanı Ə.Zeynallı etirazını yazılı şəkildə təqdim edib. Hakim C.Səfiyeva bu vəsatətə Apellyasiya Məhkəməsinin sədrilə razılaşdıqdan sonra məlumat veriləcəyini deyib. Bununla yanaşı məhkəməni davam etdirmək istəyən hakimi Ə.Zeynallı qanunlara hörmətlə yanaşmağı tövsiyə edib və vəsatətə baxılmayana qədər məhkəmə iclasının davam etdirilməsinin qanunsuz olduğunu deyib. Məhkəmə iclası 14 fevral 2014-cü il saat 14:30-a qədər təxirə salınıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4261

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031