Təbrizdə Qələbə izdihamı

15.02.2014 - 02:07

İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin “Traktorsazi” komandası bir ilkə imza atıb. Strategiya.az APA-ya istinadən xəbər verir ki, Təbriz klubu tarixində ilk dəfə İran Kubokunun sahibi olub. Fevralın 14-də İran Kubokunun finalında “Traktorsazi” Kirman şəhərinin “Mis” komandasının qonağı olub. Kirman şəhərinin “Bahünər” stadionunda baş tutan qarşılaşma Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə “Traktorsazi”dən Səid Dəqiqi vurub. Bu futbolçu matçın ən yaxşı oyunçusu da seçilib. Qeyd edək ki, “Traktorsazi” İran Kubokunun sahibi olmaqla, gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb. Təbriz küçələrində bayram sevincindən çəkilişləri diqqətinizə çatdırırıq.
 
 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=4264

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031