Azərbaycanda cinsi tarazlıq pozulur

15.02.2014 - 12:03

Azərbaycanda cinsi tarazlıq pozulur

Azərbaycanda son vaxtlar hər il qızlarla müqayisədə 6-7 min çox oğlan uşağı doğulur.

Virtualaz.org bildirir ki, bunu “Trend”-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.

Z.Eminovun bildirdiyinə görə, II Dünya müharibəsindən sonra Azərbaycanda əhalinin tərkibində qadınların nisbi üstünlüyü həmişə çox olub: “İndi də vəziyyət belədir. Amma əhalinin tərkibində olan bu fərq getdikcə azalır. Son vaxtlarda bu azalma daha sürətlə baş verir”.

Alim qeyd edib ki, son 6-7 ildə – təxminən 2000-ci ilin ortalarından sonra doğulan uşaqlar arasında oğlanların say üstünlüyü artıb: “Bu isə o deməkdir ki, əhalinin cins tərkibi pozulur. Ola bilər ki, indi bu, özünü göstərmir. Ancaq həmin uşaqlar nikah yaşına catanda problem müəyyən qədər özünü göstərəcək”.

Z.Eminov deyib ki, əhalinin cins tərkibində müəyyən qədər tarazlıq olmalıdır. Bunun qarşısını almaq üçün tədbirlər görülməli, bu məsələyə ciddi nəzarət edilməlidir.

 

virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4277

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930