SOCAR Gürcüstanda ən böyük investor və vergi ödəyicisi oldu
SOCAR Gürcüstanda ən böyük investor və vergi ödəyicisi oldu
Tiflisdə 2013-cü ildə Gürcüstanın neft məhsulları sektorunda uğur qazanmış şirkətlərin mükafatlandırılma mərasimi olub.
Virtualaz.org gün.az-a istinadən xəbər verir ki, “SOCAR Georgia Petroleum” şirkəti ölkənin ən böyük vergi ödəyicisi elan olunub.
2013-cü ildə şirkət tərəfindən Gürcüstanın dövlət büdcəsinə 129 457 626 lari (təxminən 78 459 167 ABŞ dolları) məbləğində vergi ödənilib. 2006-cı ildən bu vaxtadək şirkət Gürcüstanın dövlət büdcəsinə ümumilikdə 1 123 824 431 lari (təxminən 681 105 715 ABŞ dolları) məbləğində vergi ödəyib.
Qeyd edək ki, ötən il “SOCAR Georgia Petroleum” vasitəsilə Gürcüstanda SOCAR brendi ilə 11 yeni yanacaqdoldurma məntəqəsi açılıb. Bunlardan 4-ü qazdoldurma stansiyası, 6-sı multi-funksional kompleksdir. Hazırda 9 yanacaqdoldurma məntəqəsinin tikintisi davam etdirilir.
Ümumilikdə Gürcüstanda SOCAR brendi ilə 106 YDM fəaliyyət göstərir. 2013-cü ildə “SOCAR Georgia Petroleum”un xətti ilə Gürcüstan bazarına 326 297 ton neft məhsulu idxal edilib ki, bunun da 295 715 tonu Azərbaycan mənşəli neft məhsullarının payına düşür.
virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=4281