Fazil Mustafadan Siyavuş Novruzova tikanlı sözlər…

15.02.2014 - 14:16

Fazil Mustafadan Siyavuş Novruzova tikanlı sözlər…

“Ola bilsin kimsə yazdığımı başa düşmək qafasına sahib deyil”

 

Ötən gün parlamentdə YAP-çı deputat Siyavuş Novruzovla Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa arasında xoşagəlməz polemika yaşandı. Belə ki, Siyavuş Novruzov Fazil Mustafanı yazdığı “Adamyeyənlər” yazısına görə əməlli-başlı ittiham edərək xalqdan üzr istəməsini tələb etdi. Fazil Mustafa söz alaraq həmkarına cavab vermək istəsə də iclasa həmin vaxt sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov buna imkan vermədi. Xatırladaq ki, Fazil Mustafanın qalmaqal yaradan həmin köşəsi də saytımızdadır. Yazıda Fazil bəy bir müddət öncə Afrikaya səfər təəssüratlarından bəhs edir və bizim deyil, onların bizə lağ etməli olduqları qənaətini bölüşür. Bir sözlə, oxumayanlara həmin köşəni oxumağı tövsiyyə edirik, çox maraqlı olacaq…
İclas başa çatandan sonra Fazil Mustafa Moderator.az-ın bir neçə sualını cavablandırdı və Siyavuş Novruzovun bostanına daş atmağı da unutmadı. Şərh etmədən onun dediklərini təqdim edirik: 
– Fazil bəydə bu Afrika sevgisi hardan yaranıb?
– Afrika çox ekzotik bir ölkədir. Mənim üçün ora çox maraqlıdır. Ordakı insanların davranışları, həyata baxışı həqiqətən də heyrətləndiricidir. Ona görə də bu mühiti xoşlayıram. 
– Bəlkə ordakı iqtidarların bizimkilərə bənzərliyi Sizi oralara çəkir?
– Bənzərlik o qədər də çox deyil. Afrika ölkələr üzrə təsnifat olunmalıdır. Məsələn, elə ölkə var ki, bizdən qat-qat geridədirlər, bir neçə ölkə də var ki, bizdən irəlidədirlər. 
– Dünyanın heç bir məkanında Azərbaycandakı Allahsızlığın mövcud olmadığını da dilə gətirdiniz, bu nə dərəcədə adekvat müqayisədir?
– Azərbaycan qanunlaın daha az işlədiyi bir ölkə kimi xarakterizə olunmalıdır. Yəni bir çox məsələlər var ki, burada qanunun üstündən keçərək həll olunur. Bu da yanlış bir şeydir. Bu əcaib ənənədən yaxa qurtarmaq lazımdır. Biz Afrikadan nümunəni də ona görə gətiririk ki, özümüzdən çox da müştəbeh olmayaq. Biz Afrikanı bəzən məsxərə predmeti kimi təqdim etsək də çox vaxt Afrikadan bizə baxış heç də o qədər yüksək də deyil. 
– Siyavuş Novruzovla ikilikdə oturub polemika aparmaq mümkün olmur ki, bir-birinizi parlament tribunasından “salamlayırsınız”?
– Yox, mən ondan belə bir açıqlama gözləmirdim. Mən bədii yazıların bu qədər təhlil olunmasına doğru baxmıram. Çünki bu zövq məsələsidir. Ola bilsin ki, kimsə yazdığımı heç başa düşmək qafasına sahib deyil. Mən hər kəsin başa düşdüyü bir üslubda yazmayacam (gülüşürük). Amma söhbət ondan gedir ki, onu bu formada təqdim etmək ki, ay aman, bizi tənqid etməyin, nöqsanları söyləməyin, bu məntiqsiz yanaşmadır.
 
müsavat.com
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4286

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031