Türkiyənin İŞİD-lə neft biznesi var – Sabiq türk səfir

04.12.2015 - 11:22

isid3Türkiyə rəhbərliyi İŞİD terror təşkilatı ilə neft ticarəti aparmır, lakin Türkiyədə bəzi elementlər var ki, bu bizneslə məşğuldurlar.

AzVision.az xəbər verir ki, bu barədə “Sputinik”ə açıqlamasında Türkiyənin İraq və Böyük Britaniyadakı sabiq səfiri Unal Cevikoz bildirib.

“Bu dövlət siyasəti deyil. Müxtəlif qüvvələr qaçaqmalçılıqda iştirak edə bilərlər vı bu fakt həmişə olub”, – deyə Çevikoz bildirib. O, həmçinin qanunsuz neft satışı İŞİD-dən də əvvəl də olduğunu vurğulayıb.

Sabiq səfir, həmçinin Türkiyənin bu prosesin qarşısını almaqda gücsüz olduğunu da etiraf edib: “Rusiyaya məxsus Su-24 tipli qırıcının vurulmasından sonra qaçaqmalçılıq halları azalacaq. Böyük ehtimalla Rusiya təyyarələri Suriya-Türkiyə sərhədində olanları diqqətlə izləyir, ona görə də bundan sonra neft tədarükünü həyata keçirmək çətin olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=42915

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31