Binəqədi sakinləri qaza görə aksiya keçirdi

15.02.2014 - 17:26

Binəqədi sakinləri qaza görə aksiya keçirdi

Fevralın 15-də Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsindəki yeni tikililərin sakinləri aksiya keçiriblər.



Sakinlərin dediyinə görə, bir neçə ildir istifadəyə verilməsinə baxmayaraq evlərə mavi yanacağın və qəbalələrin (kupça) verilməməsi onların narazılığına səbəb olub. Üstəlik, uşaq parkı üçün nəzərdə tutulmuş  ərazidə başqa tikintilər aparılır.



Sakinlərin sözlərinə görə, Binəqədi rayon İcra Hakimiyyətindən də bir nümayəndə əraziyə gəlib. Ancaq sonradan o ərazini tərk edib.



Sakinlərin şikayətlərinə münasibət öyrənmək üçün biz də icra hakimiyyətinə yollandıq. İcra hakimiyyətindən əvvəlcə birinci müavin İlqar Süleymanovun jurnalistlərin suallarına cavab verəcəyini desələr də, sonradan oranı tərk etməyimizi tələb etdilər.



Fevralın 14-də yeni binalara qaz verilməməsi ilə bağlı məsələ Milli Məclisdə də müzakirə olunub. Deputatların bununla bağlı qaldırdığı məsələyə parlamentin spikeriOqtay Əsədovla Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev  münasibət bildirib. Bu məsələni araşdırdığını deyən spiker bildirib ki, belə bir vəziyyət yeni tikilən binaların 70 faizə qədərində tüstü bacalarının olmaması ilə bağlıdır.


Rövnəq Abdullayev də yaşayış üçün tam hazır olmayan binalara qaz verilməyəcəyini deyib. O qazsızlıqdan şikayət edən  sakinlərə həmin binaları tikənlər qarşısında məsələ qaldırmağı təklif edib.
(azadliq.org).
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4294

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930