Eldar Əzizov Qarabağ qazisini şərlədi

15.02.2014 - 21:07

E.Eldar Əzizov Qarabağ qazisini şərlədiƏzizov I qrup
Qarabağ əlilinə dəlilik kağazı düzəltməyə göstəriş verdi.

Eldar Əzizov Qarabağ qazisini şərlədiE.Əzizov I qrup
Qarabağ əlilinə dəlilik kağazı düzəltməyə göstəriş verdi.

 

 

 

 

Bu gün daha bir Qarabağ
əlilinin intihara cəhd etməsi barədə məlumatlar yayıldı. Müxtəlif saytların
verdiyi məlumatlara görə mənzil
problemləri olan Məcidov Malik Qardaşxan oğlu fevralın 14-də Sumqayıt şəhər
İcra Hakimiyyətinin qarşısına gələrək ,özünü yandırmaq istəyib. Bu məqsədlə o
üstünə yandırıcı maye töküb. Lakin
yanındakı şəxslər və İcra Hakimiyyətinin əməkdaşları əlili fikrindən
daşındırıblar. Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən
qəbul edilən M. Məcidova ev probleminin həll ediləcəyi bildirilib.

Sumqayıt
şəhər icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavin Sahib Quliyev isə
“ANS PRESS”ə belə bir hadisənin olmadığını deyib: “Hər gün çox sayda müraciətlər
daxil olur. Lakin dünən heç kəs özünü öldürmək istəməyib. Deyilənlər yalandı.
Sumqayıtda problemi olanlar bizə müraciət edib və tərəfimizdən əhalinin bütün
problemləri həll olunur”. Hamıya məlum
olan bir hadısənin İcra Hakimiyyəti tərəfindən inkar edilməsi heç də Eldar
Əzizovun uzaqgörənliyindən xəbər vermir. Cumhuriyyət .az-ın Sumqayıt müxbirinin
verdiyi məlumata görə, Əzizov Qarabağ əlilinin
ruhi xəstə olmasını təsdiq edəcək sənədin hazırlanması barədə də göstəriş verib. Xatırladaq ki, eyni
ssenarini əvvəllər də Əzizov icra etmişdi. Yanvarın əvvəllərində İcra hakimiyyətinin
qarşısında etirazını bildirən vətəndaşa narkoman damğası vuraraq, həbs etmişdılər
. Belə çıxır ki, Eldar Əzizovun fikrincə onun şəhərdə elədiyi özbaşınalıqlara
qarşı çıxan hər kəs narkoman, yaxud ruhi xəstədir.

Sumqayıt şəhər Polis İdarəsindən isəLent.az-a
verilən məlumata görə, Sumqayıt sakini, 1 ci qrup Qarabağ əlili Məcidov Malik
Qardaşxan oğlu özünü Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında yandıraraq
intihar edib.Əvvəlcə Sumqayıt şəhər xəstəxanasına aparılan M.Məcidov gecə
saatlarında Bakıdakı 5 saylı xəstəxanaya gətirilib. Onun vəziyyətinin ağır
olduğu bildirilir.

HəmçininSumqayıt şəhər Polis İdarəsindən verilən digər məlumata görə, Malik Məcidov Sumqayıt şəhər
İcra Hakimiyyətinin qabağına gəlib, əlindəki butulkanın içərisindəki benzini
üstünə tökərən özünü yandırmaq istəyib. Lakin ərazidə olan polis əməkdaşları
onu durdura bilib. Polislər həmin şəxsin içkili vəziyyətdə olduğunu bildirib.
Polisdən bildiriblər ki, həmin şəxsə həmişə diqqət və qayğı olub. M.Məcidova
dövlət tərəfindən maşın və ev də verilib. Lakin o, yenə də maddi durumunun ağır
olmasından şikayət edib

“Qarabağ
qaziləri” Birliyinin Sumqayıt təşkilatının sədri Elşən Mustafayev APA-ya
bildirib ki, M.Məcidovun özünü yandırması barədə yayılan informasiyalar doğru
deyil: “Malik Məcidov özünü yandırmaq istəyib, lakin ətrafındakı insanlar buna
mane olublar. Sadəcə Malik Məcidov intihar məqsədilə üstünə benzin tökdüyü üçün
həmin maye onun dərisinə zəhərlənmə verib. Hazırda Sumqayıt xəstəxanasında
müalicə alan əlilin vəziyyəti normaldır”.
E.Mustafayev həmçinin bildirib ki, əlil M. Məcidovun problemi ilə hələlik heç
kim maraqlanmayıb: “Əlilin problemlərinin həlli edilməsi üçün bu gün Sumqayıt şəhər
İcra Hakimiyyətinə gedərək məsələ qaldıracağıq”.
Sumqayıtda üstünə benzin töküb özünü yandırmaq istəyən 1-ci qrup Qarabağ
müharibəsi əlili Malik Məcidovun vəziyyəti kafidir. Sumqayıt Mərkəzi Xəstəxanasından
“Azadlıq” radiosuna deyiblər ki, o, fevralın 14-də kimyəvi yanıq xəsarəti
ilə xəstəxanaya yerləşdirilib: “İndi palatadadır, bədənində kimyəvi yanıq xəsarətləri
var, vəziyyəti kafidir”.
“Qarabağ qaziləri” İctimai Birliyinin Sumqayıt təşkilatının sədri Elşən Mustafayev
deyir ki, Malik Məcidov ev problemi ilə əlaqədar şəhər icra hakimiyyətinin
nümayəndələri ilə görüşüb. Həmin görüşdən sonra isə intihara cəhd edib: “Malik
Məcidov icra hakimiyyətinin binası qarşısında özünü yandırmaq istəyib. O,
Daşaltı əməliyyatından sağ çıxan bir neçə nəfərdən biridir. Əsəbləri çox gərgindir.
Yaxşı ki, həmin vaxt yanında olanlar ona alışqanı çəkməyə imkan verməyiblər.
İndi xəstəxanadadır. Görünür benzinli paltar əynində çox qalıb və bədəninə zəhərlənmə
verib. Bədənində qızartılar var. Əsəbləri çox gərgindir. Həkimlər onun bir qədər
müalicəyə ehtiyac olduğunu deyirlər”.

Cumhuriyyət.az-ın Sumqayıt şəhərindəki müxbirinin məlumatına
görə, Sumqayıt şəhər xəstəxanasında olarkən M.Məcidovla görüşmək istəyən ANS əməkdaşları
nın xəstə ilə görüşməsinə xəstəxana rəhbərliyi tərəfindən imkan verilməyib.

 

Fevralın
15-də “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” ictimai birlikləri birgə
müraciət yayıblar. Müraciətdə deyilir ki, problemlərin həlli üçün intihar
çıxış yolu deyil.
“Zaur Həsənovun özünü yandırmaqla intihar etməsindən sonra Qarabağ əlillərinin
problemlərinin effektli həlli istiqamətində dövlət orqanları ilə çox ciddi işlər
aparılır. Bütün Qarabağ əlillərinin, şəhid ailələrinin, veteranlarının həyatına
müsbət təsir edəcək daha konkret işlərin görülməsinin müzakirəsinə başlanıb.
Görüşlər və müzakirələr davam edir. Belə bir məqamda problemlərinizə görə
özünüzə qıymayın” – deyə müraciətdə deyilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031