Vanqanın qorxunc proqnozları
Dünyanın sonuna aid qorxunc proqnozları ilə yadda qalan ekstrasens Vanqanın daha bir neçə proqnozu mətbuatda yayılıb. Təssüf ki, Vanqanın verdiyi proqnozların çoxu heç də ürəkaçan deyil. ANS PRESS bolqar görücü Vanqanın öncəgörmələrindən bəzilərini təqdim edir:
2014-cü ildə kimyəvi və nüvə silahlarından istifadə nəticəsində dünya əhalisinin yarısı dəri xərçəngi ilə mübarizə aparacaq.
2018-ci ildə Avropa ölkələri tükənmə nöqtəsinə gələcək.
2023- cü il dünyanın yeni super gücü Çin olacaq. Müstəmləkiçilər müstəmləkə halına düşəcək.
2025-ci ildə Yerin oxunda nizamsız dəyişiklər hiss ediləcək.
2028-ci ildə Avropada yaşayanların sayı əhəmiyyətli dərəcədə azalacaq.
2033-cü ildə yeni enerji növü kəşf ediləcək. (böyük ehtimalla termonüvə reaksiya). Aclığın qarşısı alınacaq. İçərisində insan olan kosmik gəmi Veneraya uçacaq.
2043-cü ildə qütbdəki buzlar əriyərək su səviyyəsini qaldıracaq.
2076-cı ildə dünya iqtisadiyyatının vəziyyəti yaxşılaşacaq. Müsəlmanlar Avropanın hakimi olacaqlar. ABŞ müsəlmanların nəzarətində olan Rusiyaya qarşı iqlim dəyişdirən silahdan istifadə edəcək. Nəticədə havanın temperaturunda ani və kəskin eniş olacaq.
2084-cü ildə komunizm bütün dünyaya hakim olacaq.
2100-cü ildə təbiət yenidən canlanacaq.
2123-cü ildə insanlar tərəfindən hazırlanan Günəş dünyanın qaranlıq üzünü öyrənməyə kömək edəcək.
2125-ci ildə kiçik ölkələr arasında müharibə olacaq.
2164-cü ildə Macarıstan kosmosdan siqnallar alacaq.
2170-ci il insanlar yarı heyvan olacaqlar. Gəlmələrin köməyi ilə sualtında mədəniyyət yaradılacaq.
2221-ci ildə quraqlıq yaşanacaq.
2256-cı il başqa dünya axtarışında olan insanlar qorxunc bir şeylə qarşılaşacaq.
2271-ci il kosmik gəmi dünyaya yeni bir qorxunc xəstəlik gətirəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=4296