Mingəçevir qəbiristanlığında goreşənlər peyda olub

16.02.2014 - 00:49

Mingəçevirdə qəbiristanlıqda məzarlar naməlum şəxslər tərəfindən dağıdılıb. Hadisə Mingəçevir kənd qəbiristanlığı adlanan ərazidə olub. Həmin qəbiristanlığa qənim kəsilənlər məzar daşlarının üzərində olan güldanları qoparıb və digər bu kimi xoşagəlməz hərəkətlər ediblər.
El TV- xəbər verir ki, onlar apara bildiklərini aparıb, apara bilmədiklərini sındırıblar.Bildirildiyinə görə, ərazidə tez-tez narkomanlar və sərxoşlar olur. Qəbiristanlıqda uyuyan insanların yaxınları da bu işdə onlardan şübhəlidirlər. Bu, qəbiristanlıqda baş verən birinci belə hal deyil.
Qəbiristanlıqda uyuyanların yaxınları müvafiq qurumlardan bu vəziyyətə son qoyulmasını istəyirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=4297

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031