Elşad Abdullayev Baş Prokuroru məhkəməyə verdi

16.02.2014 - 03:40

“Həbs olunmağım xəbərini yaymaqla gündəmi dəyişmək, ictimai diqqəti yanlış istiqamətə
yönəltmək istəyirlər

“Həbs olunmağım xəbərini yaymaqla gündəmi dəyişmək, ictimai diqqəti yanlış istiqamətə
yönəltmək istəyirlər

 

Bir müddət öncə Fransadakı mənbələrə istinadən tezadlar.az fəaliyyəti dayandırılmış ABU
rektoru
Elşad
Abdullayevin xarici ölkələrin birindən Fransaya qayıdarkən aeroportda
saxlanıldığı
haqda
məlumat yaymışdı. Məlumatda deyilirdi: “Bizə yaxın olan Türkiyəli
dostlarımız İsveçrədən geri qayıdarkən aeroportda bunun şahidi olublar…
Məlum
olub ki, ötən həftə Azərbaycandan gəlmiş nümayəndələr Fransa hakimiyyət
orqanlarına onun saxlanılaraq Azərbaycana təhvil verilməsini xahiş ediblər.
Hətta bizə bildirdilər ki, bu barədə Fransa prezidenti bir müddət əvvəl
Azərbaycanda olanda bu məsələ ölkə rəhbərləri səviyyəsində
razılaşdırılıb…”.

Məsələ ilə bağlı cumhuriyyet.az-ın əməkdaşı facebook sosial şəbəkəsi vasitəsi ilə Elşad
Abdullayevlə əlaqə
saxlayıb. ABU rektoru bu məlumatın heç bir əsasa malik olmadığını bildirdi: “Bu
məlumat təxribat xarakteri daşıyır. Mən Baş
Prokuror Zakir Qaralova qarşı məhkəmə iddiası qaldırmışam
və yaxın günlərdə prosesə Bakı Şəhəri Səbail Rayon
Məhkəməsinin hakimi Hüseynov Araz tərəfindən  baxılacaq. Belə məlumatları gündəmi dəyişmək,
ictimai diqqəti yanlış istiqamətə yönəltmək üçün dövriyyəyə buraxırlar.
16
fevral 2014 il tarixində KİV-də mənimlə bağlı verilmiş məlumat real həqiqətə
uyğun gəlməyən, həqiqəti əks etdirməyən uydurma xəbərdir. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 216, 296 və 297-ci maddələrinə görə bilə-bilə
yalan məlumat vermə cinayət hrsab edilir.” 

Elşad
Abdullayev həmçinin cumhuriyyet.az-a Baş Prokuroru məhkəməyə verməsinin
səbəbləri haqda da ətraflı danışıb. O deyib: “Baş Prokuror Zakir
Qaralov  Azərbaycanda adam oğurluğu ilə
məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət ğöstərir, ölkədə
qanunculuğun təminatı  yoxdur. Bu təşkilat
sanki  Prezident Adminstrasiyasının bir şöbəsi
kimi sifariş və göstərişlə fəaliyyət göstərir. Eyni zamanda, məlum olduğu kimi,
Baş Prokurora yüksək səlahiyyətlər verilibdir. Prokurorluq haqqında Qanunun tələblərinə
əsasən Baş Prokuror dövlət qulluqcusu kimi Birinci təsnifatdadır. Həmin şəxs bu
günədək MTN zabiti Mahir Abdullayevin oğurlanması cinayətini ifşa etmək
iqtidarında deyildir, mütəşəkkil dəstə qarşısında acizdir, qanunun ona vermiş
müstəsna səlahiyyətdən istifadə edə bilmir, mənim Baş Prokuror Zakir Qaralova
yazdığım coxsaylı-158 şikayətdən birinə də konkret cavab verməyibdir, veribsə də
bir-iki başdansovma cümlə ilə cavab veribdir, bu isə onu təsdiq edir ki, Baş
Prokurorluqda inzibati ədliyyə deyilən bir dövlət inistitutu ləğv edilib. Bizim
tərəfimizdən sosial şəbəkəlrədə ictimailəşmiş gizli video görüntülərdə
azərbaycanda adam ogurluğu ilə məşğul olan mütəşəkkil dəstə ifşa olunsa da bu
günə qədər MTN zabiti Mahir Abdullayevin oğurlanmasına görə bir nəfər də cinayət
məsuliyyətinə cəlb olunmamışdır. Bu gizli video görüntünün biri kifayətdir ki,
MTN zabiti Mahir Abdullayevi oğurlayan mütəşəkkil qrup cinayət məsuliyyətinə
cəlb olunsun. Ancaq, Baş Prokuror Zakir Qaralov qanuni vəzifəsini yerinə
yetirmək, cinayətkarı ifşa etmək əvəzinə əsas cinayətkarı  gizlətməklə zərərcəkmişi təzyiq altında
saxlamaq məqsədilə zərərcəkmişin əleyhinə saxta fabrikovat olunmuş cinayətlər
acır, məmur özbaşınalığı edir. O, xalqı əsas cinayətkardan yayındırmaq məqsədilə
mənəviyyatdan və əxlaqdan xali olan dələduz vəkilləri və qəzetcilər vasitəsilə
zərərcəkmişi susdurmağa cəhd edir.

Baş
Prokuror Zakir Qaralov 10 ildən coxdur mənim insan hüquqlarımı pozduğuna,
mütəşəkkil cinayətkar təşkilata qarşı mübarizədə öz vəzifə borcunu yerinə
yetirməkdən qəti şəkildə imtina etdiyinə görə, cinayəti bilə-bilə gizlətdiyinə,
vəzifə səlahiyyətini aşdığına görə 12 fevral 2014 il tarixindən Baş Prokuror
Zakir Qaralova  qarşı Bakı Şəhəri Səbail
Rayon Məhkəməsinə, Ali Məhkəmənin sədrinə iddia vermişəm,  Azərbaycan Respublikasının Prezidentinə
şikayət edilmişdir. Şikayətimə yaxın günlərdə məhkəmədə baxılacaqdır, hər
birinizi məhkəməyə dəvət edirəm”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4303

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031