Xəyyam Nisanov: “Məni zəngin müğənnilər sırasında görürlər”

04.12.2015 - 16:06
xeyyamMüğənni Xəyyam Nisanov yaradıcılığından danışıb. 
 
Musavat.com saytına açıqlama verən sənətçi konsert verməyə hazırlaşdığını bildirib:
“Yaradıcılıq işlərim çoxdur, gələn il konsert proqramı ilə tamaşaçıların qarşısına çıxacağam. Maraqlı konsert olacağına inanıram. Söz və musiqisi Murad Arifə məxsus olan yeni mahnı ifa etmişəm. Kinoteatrlarda yeni nümayişə başlayan “Oğlan evi” filmində çəkilmişəm. Toyun aparıcısı obrazındayam. Özümü aktyor kimi sınadım, lakin heç vaxt aktyor olmaq arzum olmayıb. Çünki  aktyorluq qabiliyyətimin olmadığını bilirəm”.
İfaçı ölkədə yaşanan maddi böhranın ona təsir etmədiyini bildirib:
“Ölkədə maddi böhran olsa da, mənə mənfi təsir etməyib. Məni zəngin müğənnilər sırasında görürlər, varlı müğənni kimi təqdim edirlər. Buna görə təşəkkür edirəm”.







Short URL: http://www.cumhuriyyet.net/?p=43048

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31