Ebru Gündeş təcili xəstəxanaya yerləşdirildi
Müğənni Ebru Gündeş əməliyyat olunub.
Gecce.az xəbər verir ki, şiddətli ağrıları olan müğənni xəstəxanaya aparılıb. Kor bağırsağının partladığı müəyyən edilən Ebru dərhal əməliyyat olunub. Müğənni əməliyyatda beyin qansızması keçirdiyi dövrdəki həkimi beyin və sinir cərrahı professor Çingiz Kudayın da olmasını istəyib. Professor Ebrunun istəyini geri çevirməyərək əməliyyata girərək ona dəstək olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=43065