Ramiz Rzayevdən inqilabi dəyişiklik vədi

16.02.2014 - 11:22

Ramiz Rzayevdən inqilabi dəyişiklik vədi

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması məhkəmələri dəyişəcəkmi?

 

Müzəffər Baxış: “Bu hakimiyyətin dövründə Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti olmayacaq”

Məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi başlayır. Trend-in Ali Məhkəmənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

Onun sözlərinə görə, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” ölkə başçısının sərəncamını məhkəmə sistemində inqilabi islahat adlandırmaq olar. R.Rzayevin sözlərinə görə, elektron məhkəmə sisteminin yaradılması “ASAN Xidmət”in fəaliyyət prinsiplərinin məhkəmələrin işində də tətbiqinə imkan verəcək. Informasiya texnologiyalarının tətbiqi insanların məhkəməyə yeni və daha rahat üsullarla müraciət etmək imkanını yaratmaqla yanaşı, həm də məhkəmələrdə süründürməçilik, sui-istifadə və digər neqativ halları, vaxt itkisini tamamilə aradan qaldırılacaq, ən başlıcası isə məhkəmələrin fəaliyyətini tam şəffaf edəcək.

Azərbaycanda məhkəmələrin əsas problemi rüşvətlə yanaşı sifarişli hökməlrin çıxarılmasıdır. Xüsusilə siyasi fəalların, nümayəndələrinin həbsi zamanı məhkəmələrin çıxardığı sifarişli və ədalət çərçivəsinə sığmayan hökmlər hər zaman ciddi problem kimi önə çəkilib. Belə vəziyyətinin yaranmasının əsas səbəbi isə müstəqil məhkəmə hakimiyyətinin olmamasıdır. Belə olan halda “Elektron məhkəmə” informasiya sisteminin yaradılması məhkəmələrin fəaliyyətindəki problemlərin aradan qaldırılmasına gətirib çıxaracaqmı?

Hüquqşunas Müzəffər Baxış indiki şəraitdə məhkəmələrin fəaliyyətindəki problemlərin aradan qaldırılmasını qeyri-mümkün hesab edir: “Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yaradılmadan, məhkəmələrin müstəqilliyi təmin edilmədən elektron məhkəmə yaratmırlar, lap kosmik məhukəmə yaratsınlar, qanunsuzluqların aradan qaldırılması mümkün deyil. Bunun yeganə yolu Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasıdır”.

Ekspertin sözlərinə görə, bu hakimiyyət Azərbaycanda müstəqil məhkəmə hakimiyyətini yaradacağı inandırıcı deyil. Çünki müstəqil məhkəmə hakimiyyətinin yaradılması hakimiyyətin özü üçün böyük təhlükədir. Ona görə də bu hakimiyyətin dövründə Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti olmayacaq. Bu səbəbdən də elektron məhkəmə sisteminin yaradılması heç bir irəliləyişə gətirib çıxarmayacaq. 

 

azadlıq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4310

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031