Siyavuş Novruzovla Fazil Mustafanın “xəyanət” davası böyüyür

16.02.2014 - 11:27

Siyavuş Novruzovla Fazil Mustafanın “xəyanət” davası böyüyür

Siyavuş Novruzov: “Axı səni narazı salan nədir?!”; Fazil Mustafa: “Ola bilsin ki, kimsə yazdığımı heç başa düşmək qafasına sahib deyil”

Milli Məclisdə hakim partiya olan YAP tərəfindən bəzi deputatlar Əkrəm Əylislinin yolunu tutmaqda, Azərbaycana, dövlətin inkişafına qarşı xəyanətdə ittiham olunub.

APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, biz müddət əvvəl xalqa, dövlətə xəyanətdə Əkrəm Əylisli qınanıb, tənqid edilib.
O, bəzi deputat həmkarlarını da Əkrəm Əylislinin yolunu tutmaqda ittiham edib: “Bu yaxınlarda həmkarımız Fazil Mustafanın “Adamyeyənlər” hekayəsi çıxdı. Hekayədə Afrikadakı adamyeyənlərlə Azərbaycandakı vəziyyət müqayisə olunur. Azərbaycandakı vəziyyət, Azərbaycan xalq təhqir olunur. Bununla Fazil Mustafa Əkrəm Əylislidən heç də geridə qalmır, bir çox deputatlar Ə.Əylisli ilə eyni mövqedədirlər. Çünki onunla oturub durular. İnsan necə kor ola bilər ki, Azərbaycandakı bu inkişafı görməsin?! Yazanda bu inkişafdan, görülən işlərdən də yazmaq lazımdır. Fazil Mustafa, axı səni narazı salan nədir?! Ölkədə bu qədər işlər görülür. Bunları necə görməmək olar? Həmin yazıda idmançıları hədəf götürürsən, qeyd edirsən ki, milli komandalarımızın əksəriyyəti legionerlərdən ibarətdir. Bu gün təriflədiyin Fransanın komandasını götürək. Əgər orada 2 nəfər ağ adamdan savayı ağdərili tapsan, mənə nə deyirsən, de. Hamısı başqa yerlərdən gələnlərdir. Və yaxud yolboyu divarların çəkilməsindən narazılığını bildirirsən. Bu təkcə bizdə deyil, dünyanın hər yerində belədir. Bu insanların təhlükəsizliyinin təmin edilməsi üçün edilir. Burada nə var ki? Məktəbləri hədəfə götürürsən. İldən-ilə gözəlləşən, sayı artan məktəblərlə bağlı narazılığını bildirirsən. Fikrini də əsaslandırmaq üçün hansısa məktəbdə su şırnağının olmamasını bildirirsən”.
S.Novruzov F.Mustafaya təklif də verib: “Fazil Mustafanın bir yolu var, o, bu mövqeyinə görə Azərbaycan xalqından üzr istəməlidir”.
Fazil Mustafa isə söz alaraq həmkarına cavab vermək istəsə də iclasa həmin vaxt sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov buna imkan verməyib. Sözügedən yazıda Fazil Mustafa bir müddət öncə Afrikaya səfər təəssüratlarından bəhs edir və bizim deyil, onların bizə lağ etməli olduqları qənaətini bölüşür.
İclas başa çatandan sonra Fazil Mustafa Moderator.az-ın bir neçə sualını cavablandırıb və S.Novruzovun bostanına daş atmağı da unutmayıb. O bildirib ki, ordakı iqtidarlarla bizimkinin bənzərliyi o qədər də çox deyil: “Afrika ölkələr üzrə təsnifat olunmalıdır. Məsələn, elə ölkə var ki, bizdən qat-qat geridədirlər, bir neçə ölkə də var ki, bizdən irəlidədirlər”.
Onun sözlərinə görə, Azərbaycan qanunların daha az işlədiyi bir ölkə kimi xarakterizə olunmalıdır: “Yəni bir çox məsələlər var ki, burada qanunun üstündən keçərək həll olunur. Bu da yanlış bir şeydir. Bu əcaib ənənədən yaxa qurtarmaq lazımdır. Biz Afrikadan nümunəni də ona görə gətiririk ki, özümüzdən çox da müştəbeh olmayaq. Biz Afrikanı bəzən məsxərə predmeti kimi təqdim etsək də çox vaxt Afrikadan bizə baxış heç də o qədər yüksək də deyil”.
Həmçinin o, bədii yazıların bu qədər təhlil olunmasına doğru baxmadığını da qeyd edib: “Çünki bu, zövq məsələsidir. Ola bilsin ki, kimsə yazdığımı heç başa düşmək qafasına sahib deyil. Mən hər kəsin başa düşdüyü bir üslubda yazmayacam. Amma söhbət ondan gedir ki, onu bu formada təqdim etmək ki, ay aman, bizi tənqid etməyin, nöqsanları söyləməyin, bu məntiqsiz yanaşmadır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4311

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031