Gömrükdəki korrupsiya ölkə sərhədlərini aşıb

16.02.2014 - 11:32

Gömrükdəki korrupsiya ölkə sərhədlərini aşıb

“Azadlıq”ın ortaya qoyduğu faktlara parlamentdə də toxunuldu

 

Natiq Cəfərli: “Hökumət bu problemi həll etməyi düşünürsə, köklü islahatlarla yanaşı ÜTT-ə üzvlük istiqamətində addım atmalıdır”

Azərbaycanın xarici ticarət dövriyyəsi ilə bağlı statistikasının ölkəmizin xarici ticarət tərəfdaşlarının açıqladığı rəqəmlərdən xeyli fərqləndiyi dəfələrlə deyilib. Bu faktlarla bağlı “Azadlıq”da bir neçə dəfə araşdırma da dərc olunub. Xatırladaq ki, ötən il təkcə Gürcüstan və Iran tərəfinin açıqladığı rəqəmlər arasında Azərbaycan tərəfinin açıqladığı məlumatlar arasında 1 mlrd 233 mln dollardan artıq fərq var.

Indiyə qədər rəsmi qurumlar, o cümlədən Gömrük Komitəsi bu uyğunsuzluğa aydınlıq gətirməsə də, artıq bu məsələyə parlament səviyyəsində də toxunulub. Millət vəkili Bəxtiyar Əliyev gömrük orqanlarının fəaliyyətinə toxunaraq ölkələr arasında mal dövriyyəsində ciddi problemlərin yarandığını deyib. Azərbaycana gətirilən müxtəlif mallar gömrükdən keçəndə müəyyən problemlər yaranır. Bu problemlər daha çox qiymətlərdə özünü göstərir.

Deputatın sözlərinə görə, hökumətlərarası komissiyaların görüşlərində dəfələrlə vurğulanıb ki, müxtəlif ölkələrdən daxil olan mallarla bağlı statistik məlumatlar başqa, Azərbaycanın yaydığı statistik məlumatlar isə başqa olur. 

Artıq rəsmilərin də narahatçılığına səbəb olan bu problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır”.

Iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, digər məsələlərdə olduğu kimi burda da siyasi iradə lazımdır. Qanunlara əməl olunmalı, inhisarçılıq və korrupsiya ilə mübarizə aparılmalıdır ki, bu sahədə nailiyyət əldə olunsun. Çünki bu problemin kökündə məhz inhisarçılıq və korrupsiya durur: “Ölkəyə gətirilən mallar gömrükdən keçirilərkən bilərəkdən çox aşağı qiymətlərlə rəsmiləşdirilir və nəticədə böyük həcmdə gömrük rüsumlarından yayınması halları baş verir. Rüsumundan yayındırılan vəsaitlərin böyük hissəsi inhisarçıların, o sahəyə nəzarət edən insanların cibinə gedir. Ən böyük problem ondan ibarətdir”.

Ekspertin sözlərinə görə, əgər hökumət bu problemi həll etmək istəyirlərsə, bazarın liberallaşdırılmasına şərait yaradılmalıdır. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsi həll olunmalıdır. Ancaq Azərbaycan hökuməti bilərəkdən ÜTT-ə üzv olmaq istəmir, danışıqları uzadır. Çünki bu üzvlük Azərbaycanda əsasən gömrükdə yeni oyun qaydalarının tətbiqi ilə nəticələnəcək. ÜTT-nin öz şəffaflıq qaydaları var. Bu qaydaların mütləq qurmaq lazımdır. Azərbaycan məhz gömrükdə baş verən o biabırçılıqların üzə çıxmaması, böyük gəlirlər mənbələrinin bir qrup insanın əlində saxlanılması üçün təşkilata üzv olmaq istəmir: “Azərbaycan hökuməti səmimidirsə, bu problemləri həll etməyi düşünürsə, köklü islahatlarla yanaşı ÜTT-ə üzvlük istiqamətində addım atmalıdır. Bu baş verməyəcəksə, danışıqlar boş sözlərdən ibarət olacaq. Artıq 17-ci ildir danışıqlar gedir və Azərbaycan hökuməti bilərəkdən danışıqları uzadır. Təşkilata qəbul olunmamaq üçün özləri problem yaradırlar. Bu, nonsesdir. ÜTT-in tarixində də belə bir şey olmayıb ki, təşkilat ölkəni qəbul etmək istəyir, ölkə özü problem çıxarır. Azərbaycan dünyada ilk olaraq buna da imza atdı”.

 

azadlıq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4312

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031