“Yolda mənə terrorçu dedilər…” – Alim Qasımovun qızı
“Bir dəfə küçədə gedirdik, biri mənə “terrorçu” deyib qışqırdı”. Bu sözləri axar.az-a müsahibəsində Alim Qasımovun qızı Fərqanə Qasımova deyib. O, Avropa ölkələrinə səfəri zamanı çətinliklə üzləşdiyini qeyd edib:
“Bəli, bəzən olur ki, xaricə gedəndə hicablılara bir az pis baxırlar, incidirlər. Bir dəfə küçədə gedirdik, biri mənə “terrorçu” deyib qışqırdı. Bizim belə çətin anlarımız olub. Nə olursa-olsun biz müsəlman qadını olduğumuzu unutmamalıyıq. Mən hər bir hərəkətimlə müsəlmanların adına həm şərəf, həm də ləkə gətirə bilərəm. Buna görə mən bütün hərəkətlərimi hesablayıram. Konsertlərimdə belə milli geyimlərə, şərq üslubuna üstünlük verirəm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=43167